Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Serkisyan Xankendinde separatçı-marionetkalarla qedeh toqquşdurdu -Qalmaqal

03 Eylül 2016

7:16 am


03/09/2016 [11:15]: xeber –
Qondarma “DQR”in 25 illiyi münasibətilə Xankəndində Ermənistan prezidenti Serj Sərkisyanın da iştirakı ilə təşkil olunan kabab qonaqlığı beynəlxalq qalmaqala səbəb olub. Virtualaz.org xəbər verir ki, erməni tərəfi ənənəvi olaraq bu dəfə də Qarabağda yaradılan qondarma “respublikanın” ildönümü mərasimlərinə “beynəlxalq imic” yaratmaq üçün digər bu kimi qondarma “respublikalardan” separatçı-marionetkarları işğal olunmuş Azərbaycan ərazilərinə dəvət edib. Onların arasında separatçı Abxaziyanın “vitse-prezidenti” Vitali Qabniya da olub.Xankəndində təşkil olunmuş banketdə Sərkisyanın Qabniya ilə qabaq-qabağa qədəh toqquşdurarkən çəkilmiş fotosunu Abxaziya separatçıları internetdə yayıblar və bu foto Gürcüstanda hiddətlə qarşılanıb. Virtualaz.org xəbər verir ki, həmin foto dünən sentyabrın 2-də səhər qondarma Abxaziya “xarici işlər nazirinin müavini” Kana Taniyanın Facebook səhifəsində yerləşdirilib. “Abxaziya nümayəndə heyətini Ermənistan prezidenti Serj Sərkisyan salamlayır”-Taniya yazıb.Daha sonra Abxaziya “prezidenti” Raul Xadjimbanın saytında qondarma “DQR”in “prezidenti” Bako Saakyana ünvanlanmış təbrik yer alıb və orada deyilir ki, “Abxaziya respublikası” Dağlıq Qarabağ “respublikasının” dostu və müttəfiqidir. Rusiyanın Gürcüstanın de-faktı işğal edilmiş ərazilərindəki marionetkasının Azərbaycanın işğal edilmiş ərazilərində formalaşdırılmış qondarma “respublika” ilə “müttəfiqliyi” yeni məsələ deyil. Əslində keçmiş sovet respublikaları ərazisində formalaşdırılmış bu cür marionetkaların-psevdo “respublikaların” vahid mərkəzdən idarə olunduğu və vahid siyasətin tərkib hissəsi olduğu da çoxdan aydındır. İndi isə özünü müstəqil adlandıran Ermənistan respublikasının prezidenti Serj Sərkisyanın Abxaziyadan gəlmiş separatçı-marionetka ilə qədəh toqquşdurmasınan söhbət gedir. Hansı ki, özünə hörmət qoyan heç bir müstəqil dövlət başçısı bunu özünə rəva görməzdi.Həmin kabab qonaqlığının fotosu yayılandan az sonra Gürcüstan xarici işlər nazirinin müavini Giqi Giqadze bəyanatla çıxış edərək rəsmi İrəvandan izahat tələb edib. Nazir müavini deyib ki, Gürcüstanın Ermənistandakı səfiri bu ölkə xarici işlər nazirinin müavini ilə görüşərək fotoya izahat verilməsini istəyib.“Erməni tərəfinin izahatı belədir ki, işğalçı abxaz rejiminin nümayəndələri ilə heç bir görüşdən söhbət gedə bilməz. Bu, işğalçı rejimin nümayəndələrinin tez-tez əl atdığı növbəti siyasi spekulyasiyadır. Ermənistan bizə dost ölkədir və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə dəstək verir”-nazir müavini deyib.Bəs Sərkisyanın Qabniya ilə qədəh toqquşdurmasına nə deyəsən? Qondarma “DQR”in nümayəndəsi David Babayan fotonun həqiqiliyini təsdiq etməli olub, ancaq deyib ki, həmin foto banketdə çəkilib, Qabniyadan başqa orada Dnestryanı bölgə və Cənubi Osetiya separatçıları da yer alıb.Erməni politoloq Ruben Meqrabyan hesab edir ki, bu foto Ermənistan-Gürcüstan münasibətlərinə təsir etməməlidir. “Başqa məsələdir ki, Abxaziya və Cənubi Osetiya Ermənistan tərəfindən tanınmağı çox istərdi. Bundan əlavə Rusiya xüsusən 2008-ci il müharibəsindən sonra bu məsələ ilə bağlı Ermənistana təzyiq edib. Lakin fakt budur ki, Ermənistan bu təzyiqə boyun əyməyib. Çünki Gürcüstanla münasibətlər Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”, – politoloq deyir.Gürcü politoloq İrakli Menaqarişvili də hesab edir ki, Sərkisyanın abxaz separatçısı ilə qədəh toqquşdurması iki ölkə arasında münasibətləri korlamayacaq. Bununla belə rəsmi Tiflis belə faktlara müvafiq reaksiya verməyə borcludur. “Çünki qonşu ölkənin başçısının separatçı rejimin nümayəndəsi ilə görüşməsi iki ölkə münasibətlərinə ziddir. Bu qiymətləndirmə müvafiq kanallarla Ermənistan rəhbərliyinə çatdırılmalıdır”, – o deyib. (virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler