Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Serkisyan “xalqı” saraya topladı: “Canımı vererem, Qarabağı yox…”

01 Ağustos 2016

5:40 pm


01/08/2016 [21:33]: xeber –
İrəvanda post-patrul polisi polkunun binasını iki həftədən artıqdır ələ keçirən silahlı terrorçu qrupun üzvlərinin təslim olmasından sonra prezident Serj Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxıb.“Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Sərkisyan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini prezident iqamətgahına toplayaraq onların qarşısında çıxış edib.Ermənistan prezidenti deyib ki, ilk növbədə baş verən hadisələr diqqətlə, hərtərəfli, qərəzsiz şəkildə araşdırılmalıdır, açıq məhkəmə prosesi keçirilməlidir. “Hər kəs öz hərəkətinə görə ancaq və ancaq qanun qarşısında cavab verməlidir. Başqa hal ola bilməz, bütün şəxsi vendetta cəhdlərinin qarşısını qanunun gücü ilə alınacaq”-Sərkisyan deyib.Ermənistan prezidenti çıxışının böyük hissəsini məsələlərin silah yoluyla həll edilməsinin yolverilməzliyinə yönəldib.. Onun sözlərinə görə, Ermənistanda məsələlər silah və zorakılıq yoluyla həll edilməyəcək. “İstənilən adam hakimiyyəti sevməyə bilər, hökuməti, prezidenti sevməyə bilər və yürüdülən siyasətə qarşı sərt şəkildə çıxış edə bilər. Lakin bu məsələləri silah yoluyla həll etməyə çalışanların qəhrəmana çevrilməsi üçün əsas ola bilməz”-o deyib.Sərkisyan bildirib ki, baş verənlər Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri edir. Onun sözlərinə görə konstitusiya islahatları məhz buna yönəlib. “Əminliklə deyirəm ki, cəmi bir neçə ay sonra Ermənistanda məhz belə hökümət olacaq”-o bildirib.Sərkisyan Qarabağ məsələsi haqda danışaraq “birtərəfli güzəştlərin olmayacağını” deyib. “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bu, istisnadır. Bir daha təkrar edirəm ki, istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm. Və öz xalqım üçün məqbul varianta nail olmaq üçün mən nəinki istənilən vəzifəni, öz canımı da qurban verməyə həmişə hazıram”-Sərkisyan deyib.(virtualaz.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler