Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Serkisyan Rusiyanin adamini bele vuracaq

01 Aralık 2016

5:28 am

– xeber –
Sərkisyan gələn ilin yazında keçiriləcək parlament seçkisində parlamentdəki çoxluğu itirməmək üçün bütün saxtakarlıqlara gedəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyanın noyabrın 26-da İrəvanda hakim Respublika Partiyasının qurultayında yenidən sədr seçilməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, qurultaydan əvvəl Ermənistanın yeni baş naziri Karen Karapetyan və yeni müdafiə naziri Vigen Sərkisyanın Respublika Partiyasına üzv olmaları maraq doğurur:
“Hökumətin başqa üzvləri də hakim partiyaya üzv qəbul olunublar. Bu, Sərkisyan üçün vacib idi. Çünki yeni baş nazir tərəfsiz qalsaydı, gələcəkdə Sərkisyana rəqib ola bilərdi. İndiki halda isə baş nazir partiya ierarxiyasına görə də Sərkisyana tabe olacaq”.
Politoloqa görə, Ermənistanda parlament seçkisindən sonra Karapetyanın baş nazir vəzifəsində qalması problematikdir:
“Çünki yeni konstitusiyaya görə, baş nazir son 4 ili Ermənistanda yaşamalıdır. Karen Karapetyan isə uzun müddət Rusiyada işləyib və bir neçə aydır Ermənistana qayıdıb. Bu durum Sərkisyanın maraqlarına cavab verir. Çünki parlament seçkisindən sonra Ermənistanda əsas səlahiyyətlər prezidentdə deyil, baş nazirin əlində cəmləşəcək. Respublika Partiyasının qələbəsi təmin olunduqdan sonra Serj Sərkisyan rahatlıqla baş nazir kreslosuna keçə bilər. 2012-ci ilin parlament seçkisində Respublika Partiyası 131 mandatdan 69 mandat əldə etmişdi. Sərkisyan bu dəfə də parlamentdəki çoxluğu itirməmək üçün bütün saxtakarlıqlara gedəcək”.
Qeyd edək ki, Ermənistanda parlament seçkisi 2017-ci il aprelin 2-sində baş tutacaq.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler