Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Serkisyan elave güzeştler qopara bileceyini düşünür”

02 Ağustos 2016

5:28 am


02/08/2016 [09:26]: xeber –
Azərbaycanın əsas təkidi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mahiyyət üzrə danışıqlar getməlidir, hansısa kənar məsələlər barədə yox. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Millət vəkili Azərbaycan və Ermənistan prezidentlərinin Fransada gözlənilən növbəti görüşünü şərh edib: “Görüşün vaxtı dəqiq müəyyənləşdirilməsə də, Azərbaycanın əsas təkidi ondan ibarətdir ki, mahiyyət üzrə danışıqlar getməlidir, hansısa kənar məsələlər barədə yox. Və indi mahiyyət üzrə danışıqlar gedir. Prezidentlərin növbəti önəmli görüşündə hansı məsələlərə nöqtə qoyulacağı ilə bağlı gedəcək hazırlıq işləri barədə indidən nəsə söyləmək çətindir”. İrəvandakı son olaylara gəlincə isə politoloqun sözlərinə görə, Sərkisyan hazırkı manevrləri ilə vaxt udmağa çalışır: “Ölkədəki ab-hava Ermənistanın manevr imkanlarının artıq məhdudlaşmasından xəbər verir. Digər tərəfdən isə Sərkisyan bu məsələlərdən bir bəhanə kimi istifadə etməklə vaxt udmağa çalışacaq. O, ölkəsində terror, vətəndaş müharibəsi təhlükəsi kimi yalançı oyunlarla vasitəçilərdən əlavə güzəştlər qopara biləcəyini düşünür. Məqsəd isə təbii ki, Dağlıq Qarabağla bağlı Fransada danışıqlar prosesinin növbəti mərhələsindən yayınmaqdır. Ancaq onun bu planı da baş tutmayacaq”. Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler