Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Seriallarımız raqatka ile şir ovuna getmek qeder menasızdır”

14 Ağustos 2016

9:56 pm


15/08/2016 [01:53]: xeber –
Azərbaycanın televiziya
kanallarına serial çəkilişləri üçün 2011-ci ildən indiyə qədər dövlət tərəfindən
ayrılmış 11 milyon manat vəsait hesabına TV-lər ümumilikdə 40 serial çəkib.
Maraqlıdır, bu serialların keyfiyyəti peşəkarları qane edirmi? Serialların
sanbalı da sayı qədər ürəkaçandırmı?

Bununla bağlı
sayt-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri, tanınmış
kinorejissor Eldəniz Quliyev kino yaradıcılığının yüksək peşəkarlıq tələb
etdiyini, bu sahənin qeyri-peşəkarlara etibar edilməsinin ağır nəticələrə səbəb
ola biləcəyini vurğuladı:

“On bir milyona 40, ya 4
serial çəkilməsinin məsələnin mahiyətinə bir o qədər də dəxli yoxdur. Əgər
serialların maliyyə qaynaqları onu ünvanlı, yəni “zakaz”la
ayırırlarsa, əgər TV-lər, prodakşınlar bu “zakaz”ı reallaşdırarkən
yaradıcılıq işini “zakaz”la qeyri-peşəkarlara həvalə edirlərsə, pulla
toya gedən tamadalar ssenaristlik, Ceymz Bondun şücaətlərini həyat həqiqəti
kimi anlayan kino həvəskarları rejissorluq edirlərsə, toy operatorları
quruluşçu operator funksiyasını yerinə yetirirsə, kamera qarşısında ağlaya bilənlər
istedadlı aktyor sayılırsa və son nəticədə, ərəsəyə gələn hər hansı teleserial,
yaxud bədii filmin mənəvi-bədii yükü yox dərəcəsinə olacaq. Bu da öz növbəsində
raqatka ilə şir ovuna getmək kimi mənasız bir iş təsiri buraxacaq. Unutmayaq:
kino sənəti (o cümlədən, televiziya filmləri ) bir sənət növü kimi, milli
mental şüurun tərkib hissəsidir və bu sahəyə ciddi, çox
ciddi yanaşmaq lazımdı. Yaxşı filmlər mənəvi təmizlik, ləyaqətli yaşam tərzi
aşılamaqla yanaşı, tamaşaçıda katarsis yaratmaq funksiyası da daşıyır. Pis, bayağı
və psevdo- emossional teleseriallar isə tamaşaçını şikəst edir- mənəvi-etik
keyfiyyətlərdən uzaqlaşdırır, zövqünü
korlayır. Əlqərəz, teleseriallara maliyyə
ayıranlar və onun reallaşmasına cavabdeh kəslər bilməlidilər, hətta sırğa eləyib
qulaqlarından asmalıdılar ki, ” çörəyi ver çörəkçiyə… birini də üstəlik”
deyimi təkcə “pekarnıda” işləyənlər üçün deyilməyib”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler