Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sergey Yesenine hesr olunmuş tedbir keçirilib -Foto

03 Ekim 2016

11:56 am


03/10/2016 [15:53]: xeber –
Oktyabrın 1-də Azərbaycan Yaradıcılıq Fondunda, fondun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirdiyi “Sönməyən Ulduzlar” mənəvi və sosial yardım layihəsi çərçivəsində dahi rus şairi Sergey Yeseninə həsr olunmuş tədbir keçirilib. “Əlvida Bakı” adlı tədbir “Bir aktyorun teatrı” formasında təşkil olunub. Ədəbi-musiqli gecəni  Fond sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı açıq elan edib. Rafiq Kaşanlı qeyd edib ki, 2016-cı ilin oktyabrın 3-də Sergey Yeseninin 121 yaşı tamam olur. Sergey Yesenin ən lirik rus şairlərindən hesab edilir. O, 1924-1925 – ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrü də demək olar ki, bu vaxta təsadüf edir.  Gecədə dahi rus şairinin əsərlərindən “Anaya məktub”, “Cavab”, “Qadına məktub”, “İran nəğmələri”, “Qara adam” və başqaları  səsləndirilib. Tədbirdə maraqlı video materiallar da nümayiş etdirilib.Gecədə şair Vahid Əziz, əməkdar incəsənət xadimi, professor, bəstəkar Azər Dadaşov, Rus icmasının sədr müavini Lubov Yakunina, əməkdar mədəniyyət işçisi İldırım Qasımov, jurnalist Hacı Rafiq çıxış ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler