Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şeremetin qatili azerbaycanlı avtoritetin çangüdenidir

23 Temmuz 2016

8:12 am


23/07/2016 [12:10]: xeber –
Ukryanalı jurnalist Pavel Şeremetin qətlinin icraçısı azərbaycanlı avtoritetin cangüdənidir. sayt xəbər verir ki, bu barədə ukrayna KİV-i yazır. Belə ki, Pavel Şeremetin avtomobilinin altına partlayıcının qoyulmasının qeydə alındığı kadrlarda axsayan kişi görünür. Həmin kişi son illərdə Kiyevdə bir sıra partlayış və sui-qəsdlərə aidiyyatı olduğu iddia edilən şəxsə çox bənzəyir. Axtarılan şəxsin əsas əlaməti axsamasıdır. “Cinayətkar qaçarkən də axsayır”, – bunu bir müddət öncə hüquq-mühafizəçilərinə şahid bildirib. Axsaq killerin həmçinin 2009-cu ildə sentyabrın 14-də baş verən daha bir sifarişli cinayətə aidiyyatı var idi. O, şəhər sakinlərindən birini güllələmişdi. Bu zaman şahidlərdən biri killerin spesifik yerişi olduğunu, axsadığını bildirmişdi. O zaman şübhəli bilinən şəxsin kimliyi müəyyən edilmişdi, amma o, Krımda gizlənməyə müvəffəq olub. Əməliyyatçılar killerin Ukraynaya 2014-cü ildə geri qayıtdığını müəyyən ediblər. Çernovtsıda o əslən Azərbaycandan olan, sabiq Moskva sakini kriminal avtoritetin yanına cangüdən düzəlib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler