Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Serdar Celaloğlu: “İndiki anormal siyaseti deyişdirmek…”

02 Kasım 2016

3:24 pm


02/11/2016 [19:23]: xeber –
sayt Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir.- Sərdar bəy, müxalifətin bir araya gəlməsi üçün müəyyən işlər aparırdınız, VİP sədri Əli Əliyevlə müzakirələr oldu. Bu prosesin nəticəsi nə oldu?- Hələlik bu məsələdə ciddi nəticə əldə edilməyib. Çalışırıq ki, bir qədər geniş birlik alınsın. Bəzi problemlər var, dostlarımız zaman istəyib. Hələlik ortada nəticə olmadığı üçün konkret bir söz demək istəməzdim. – Bu prosesdə ADP və VİP-dən sonra kimlər iştirak edəcək?- Bəzi müxalifət partiyaları, qruplar var. Ancaq konkret nəticə yoxdur. Alınsın, sonra elan edəcəyik. Sadəcə obyektiv səbəblərdən bu proses bir qədər uzanır.- Müxalifət inteqrasiyadan adətən, payız və qış aylarında danışmır. Yazda müxalifət aktivləşməyə cəhd edir. Demək olarmı ki, sizin yeni birlik modeliniz yaza qaldı?- Mən bu prosesi, ümumiyyətlə, aktivliyi fəsillərə bağlamaq istəmirəm. Siyasi gündəmə uyğun olaraq bunu etmək lazımdır. Əgər seçki olacaqsa və ya geopolitik proseslər müşahidə ediləcəksə, buna uyğun olaraq fəallaşma baş verəcək. İndidən birlik haqqında konkret söz demək istəmirəm. Çünki birlik yaranmayıb, onun istiqamətini, taktiki və strateji tərəflərini müəyyən etməmişik. – AXCP, Müsavat, KXCP və ADP kimi nisbətən böyük partiyaların bir araya gəlmə imkanları nə dərəcədədir?- Mən ancaq özümüz haqqında danışa bilərəm. Ümumiyyətlə, Azərbaycanda müxalifətin özündə böhran yaşanır. Bu vəziyyətdən çıxmağın yolu müxalifətin indiyə qədər apardığı siyasətinin dəyişdirilməsidir. – Siz konkret olaraq nə təklif edirsiniz, hansı siyasət dəyişdirilməli, hansı siyasət gündəmə gətirilməlidir?- Əvvəla, indiki anormal siyasəti dəyişdirmək və birliklərin baş tutmasına cəhd edilməlidir. İkincisi, intriqaları, fərdi maraqları qabartmağı, şəxsi ambisiyaları bir kənara qoymaq lazımdır. Tərəf müqabilini alçaltmağı dayandırmaq lazımdır. Bu gün Azərbaycan müxalifətində o qədər mənfi xüsusiyyətlər var ki, bu düşərgəyə ayrıca rəqib lazım deyil. Bu mənfi xüsusiyyətlərlə, davranışlarla müxalifət özü-özünü dağıdır.- Bütün bunları kənara atmaq üçün müxalifətdə iradə görürsünüz?-  Əgər belə iradə yoxdursa, deməli, müxalifətin işi alınmayacaq. – Alınmayacaqsa, əvəzində nə baş verəcək?- Tənəzzül davam edəcək, böhran güclənəcək. Bu tənəzzül çoxdan başlayıb.- Regional və ya geopolitik oyunların aktivləşmə ehtimalı varmı, hansı proseslər baş verə bilər?- Məncə Yaxın Şərq hadisələri yoluna qoyulmayana qədər xüsusi bir proses müşahidə edilməyəcək. Üstəlik hazırda ABŞ-da prezident seçkiləri mərhələsi yaşanır. Bu başa çatsın, habelə Yaxın Şərqdə baş verən proseslərin sonu gəlsin, ondan sonra nəsə demək olar.- ABŞ prezident seçkilərindən nə gözləyirsiniz?- ABŞ elə bir dövlətdir ki, prezident seçkiləri onun xarici siyasətində ciddi və inqilabi dəyişikliklərə səbəb olmur. Siyasətdə də ətalət qüvvəsi var. Böyük dövlətlər siyasətini hər dəfə dəyişdirmir. Siz deyən ciddi bir dəyişiklik gözləmirəm. Amma Amerikanın xarici siyasət kursunda, xüsusilə Yaxın Şərq siyasətində ciddi uğursuzluqlar var. Faktiki olaraq ABŞ kimi nəhəng dövlət Yaxın Şərqdə uduzur. Mümkündür ki, prezident seçkilərindən sonra revanş götürsünlər, müəyyən addımlar atsınlar. Eləcə də Vaşinqton Ukrayna məsələsində Rusiyaya uduzur. Bu mənada prezident seçkilərindən sonra ABŞ-da müəyyən dəyişikliklər ola bilər, xüsusilə Yaxın Şərq siyasətində.- Siz də hesab edirsiniz ki, Vaşinqton Yaxın Şərqdə Moskvaya uduzub?- İndiki durumda ABŞ və Qərb Yaxın Şərq, habelə Ukraynada uduzmuş kimi görünür. Bu, faktiki belədir. Hələlik təşəbbüs Rusiyadadır. Amma siyasətdə daimi qaydalar yoxdur, dəyişikliklər daimi ola bilir. ABŞ-da prezident seçkiləri kampaniyası olduğu üçün xarici siyasətə siz deyən diqqət yoxdur. Ola bilsin ki, yeni prezident müəyyən olunduqdan sonra ortaya yeni siyasi xətt qoyulsun. – İndiki mərhələdə ABŞ-ın Yaxın Şərqdə zəifləməsinə səbəb nədir?- Bildiyiniz kimi, hazırda Türkiyə-Amerika münasibətləri pisdir. Bu açıq-aydın görünür. Fikrimcə, Ankara-Vaşinqton münasibətlərinin pisləşməsi ABŞ-ın Yaxın Şərqdə əlini zəiflədib. Xüsusilə, ABŞ-ın FETÖ-nü dəstəkləməsi Vaşinqtonun Yaxın Şərqdə imkanlarını xeyli məhdudlaşdırdı. Bunun əvəzində Moskva-Ankara yaxınlaşması müşahidə edilir. Bu fakt isə sözsüz ki, Rusiyanın imkanlarını bir qədər də artırır.   – Nobel mükafatı almağa bir addımlıqda idiniz. Bu hadisədən sonra ölkə daxilində özünüzə qarşı fərqli münasibət görürsünüzmü?- Açığını deyim ki, bununla maraqlanmıram. Cəmiyyət elmdən çox uzaqdır. İstəyirsən 10 dəfə Nobel mükafatı al, xeyri yoxdur. Siz özünüz də, necə reaksiyaların olduğunu gördünüz. Mən başımı aşağı salıb öz işimi görəcəyəm. İnşallah, bu il də Nobel Komitəsinə yeni işimi təqdim edəcəyəm. Nəticənin necə olmasından asılı olmayaraq, bunu edəcəyəm. Cəmiyyətimizin reaksiyası isə məni o qədər də maraqlandırmır. Mən öz işimi görəcəyəm. Onu deyə bilərəm ki, heç bir reaksiya olmadı.  – Ancaq sizi kəskin tənqid edənlər də oldu. Məsələn deyildi ki, siyasətçi siyasətlə, alim ixtirası, elmi ilə məşğul olmalıdır…- Anlamıram, bəyəm kiməsə alimlik diplomu verirlər? Bəyəm siyasətçi alim ola bilməz? Məncə, bu qərəzli yanaşmadır. Bunu deyənlər elmdən uzaq adamlardır. Onlar düşünürdülər ki, Nobellə bağlı xəbərləri mən bilərəkdən yaymışam. Halbuki bu haqda ilk xəbəri sizin sayt yaymışdı və mən bundan xəbərsiz idim. Ermənilər yalandan bir uydurma uydurur və sonra da özləri buna inanmağa başlayır və hətta Avropanı da buna inandırır. Bizdə isə müsbət hallara əks reaksiya olur. Çalışırıq deyək ki, bu yalandır, bizim xalqımız elmi nəaliyyət əldə edə bilməz və s. Bu gülməli haldır. Mən onları anlayıram, amma qəbul etmirəm. Mənim xalqım və millətim haqda ayrıca fikrim var. Biz ermənilərdən, başqa xalqlardan intellektual xalqıq. Arada dostlarıma zarafatla deyirəm ki, necə ola bilər ki, dünyanın ən gözəl xiyarı, pomidoru Azərbaycanda bitsin, amma ağıllı insanlar Azərbaycanda olmasın?(teleqraf.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler