Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Separatçıların Moskva qurultayında Azerbaycandan şok isimler…

01 Ekim 2016

7:32 am


01/10/2016 [11:28]: xeber –
sayt 25 sentyabrda Moskvada keçirilən separatçıların ikinci qurultayı və Dağlıq Qarabağ nümayəndələrinin də bu tədbirə qatıldığı  barədə məlumat verib. Saytımız bu bədnam tədbirlə bağlı keçmiş MTN –in polkovnik-leytenantı  İlham İsmayıla müraciət edərək fikirlərini öyrənib. İlham İsmayılın dediklərini nəzərinizə çatdırırıq:”Qeyd olunan həmin tədbirdə qondarma “ Dağlıq Qarabağ Respublikasının” Xarici İşlər Nazirliyinin müşaviri Ruben Zərgəryanın başçılıq etdiyi separatçı nümayəndə heyəti iştirak edib və heyətin rəhbəri də nitq söyləyib. Qarabağ separatçılarının bu qurultayda iştirakı gözlənilən idi, əgər bu tədbirə qatılmasaydılar, onda təəccüblü olardı. Amma, yenə də təəccüblənəsi olduq. Ona görə ki,  ermənilərindən başqa neçə illərdir Moskvada anti Azərbaycan mövqeyində fəaliyyət göstərən talış separatçılarının liderləri – Rusiya talış diasporasının prezidenti İsmayıl Şabanov, “Tolişpres” informasiya agentliyinin redaktoru Kahin Mirəlizoda (Əbilov), Talış dirçəlişi uğrunda hərəkatın lideri Fəxrəddin Aboszada də bu qurultayın işinə qatılıblar. Adları çəkilən adamların  Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət göstərdikləri  və Rusiya xüsusi xidmət orqanlarının birbaşa tapşırıqlarını yerinə yetirdikləri, xüsusilə ermənilərlə əlbir olub Moskvanın maliyyəsi ilə İrəvandan yayımlanan “Talışıstan” televiziyasının fəaliyyətini koordinasiya etdikləri ictimaiyyətimizin fəal kəsiminə məlumdur. Soldan sağa-Kahin Mirəlizoda, Fəxrəddin Aboszoda, İsmayıl ŞabanovSeparatçıların qurultayında talış separatçıları adından Fəxrəddin Aboszoda çıxış edərək Azərbaycan dövlətini hədəfə alıb. Birinci hədəfi 1918-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti və Nuru Paşanın “Qafqaz İslam Ordusu” olan bu separatçı, erməni dostlarının dəsti-xəttini əsas götürərək “genosid”dən danışıb. Guya Nuru Paşa bir neçə günə 30 min talışı qətlə yetirib. Heç bir tarixi  mənbəyə əsaslanmayan bu yalançı separatçı lideri “TMR”-i də yadından çıxarmayıb və növbəti yalanını uydurub ki, Azərbaycan dövləti 1993-cü ildə “yüzlərlə talışı repressiya edib, bir neçəsini də öldürüb, sağ qalanlar məcburən Rusiya Federasiyasına miqrasiya edib”. F.Aboszodanın sonuncu qənaəti ilə “xoruzun quyruğu” da  görünüb – Rusiya faktoru. Başdan ayağa Azərbaycana qarşı olan  bu  çıxışın sonunda Rusiya dövlətinin rəhbərlərinə müraciət edib onların səsini eşitməyə və “mübarizələrinə” dəstək vermələrinə çağırış edib. O qurultayın ağasının da, nökərlərinin də kimliyi göz önündədi. Həmin günlər Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının işi hədsiz çox idi. Yox, Fəxrəddin Aboszoda  və onun komandasının üzvləri çoxdan “verbovka” olunublar və  o komandanı  talış xalqı maraqlandırmır, çünki  xalq heç vaxt onları dəstəkləməyib. Bu adamları çekistlərlə birgə hazırlanan millətçi – təxribatçı layihələr, onlara ayrılan PULLAR maraqlandırır. Bir də,  onların vətənşüvənliyinin toruna düşən , Rusiya bazarlarında çörəkpulu qazanan talışların ianələri. Qurultay təəssüratlarını qələmə alan Aboszoda  Sizi – “sayt” saytını da unutmayıb. Qurultay haqqındakı ilk yazınızda Azərbaycan XİN – in bu məsələyə münasibət bildirməsinin vacibliyini vurğuladığınıza görə saytı  təhrikçilikdə qınayan bu separatçı,  “çağırın rus səfirini danlayın” deyib mövqeyinizi istehza hədəfinə çevirmək cürətində də bulunub. Biz  yenə mövqeyimizdə qalır, Azərbaycan səlahiyyətlərinə üz tutub soruşuruq: Separatizmin vətənimizə hansı bəlanı gətirdiyini bilə-bilə növbəti dalğanın yaranmaması üçün nə tədbirlər görülür? Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa yönəlmiş bu “hərəkat”ın ilhamvericiləri və icraçıları nə vaxt cəzalanacaq? Hüquq- mühafizə, xüsusi xidmət orqanlarımız hansı təsirli tədbirlər görüblər? Görüblərsə, özgə səhnəsində olsa da ,”bu nə musiqi, bu nə oynamaqdı”? Peşəkarlıq cibə nəşə atıb tutmaqdan o yana olmayanda “ağa” musiqisin,” nökər” oyununu bir gün bizim səhnəmizdə  səsləndirəcək, bizim meydanımızda oynayacaq. Parlamentin dünənki iclasında internet televiziyalar haqqında çıxışlar olub, əcəba nədən iki ildir ki, həftədə beş dəfə efirə çıxıb, talış, rus, türk dilində bizi-Azərbaycan dövlətini,ölkənin rəhbərlərini təhqir, böhtan, söyüş atəşinə tutan “Talışıstan” internet televiziyasından da danışmayıblar? Aboszada isə bizim yumşaqlığımızdan istifadə edib yazısında Azərbaycan hakimiyyətinə hədə-qoxu gəlib deyir ki, “ qohumlarımıza orda təzyiq göstərsəniz nəticəsi ağır olacaq “ . Bu işə məsul olanlar bilsinlər ki,  Aboszoda belə bir “sevimli” metoddan istifadə olunduğuna işarə etməklə Sizi səhv etməyə təhrik edir ki,  dünyaya  yalanlar püskürsün. Başımız “əhləd daşına” dəyib,səhv etmək, ləngimək olmaz. Bu separatizmin kökünün qazılmasının  metodu çoxdur, sadəcə bir az peşəkar olmaq lazımdır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler