Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Separatçıların Moskva qurulatyı – Dünya üçün “BEŞİNCİ KALON”

26 Eylül 2016

10:08 am


26/09/2016 [14:04]: xeber –
   sayt xəbər verir ki, 25 sentyabrda ikinci dəfə separatçılar Moskvaya yığışıb qurultay keçiriblər. “Millətlərin dialoqu” rəsmi adı altında baş tutan bu yığıncaq əslində dünyadakı separatçı qüvvələrin Moskvanın himayəsinə sığınmağı və Kremlin bu prosseslərdə baş rolda olduğunun göstəricisidir. Rusiya rəsmiləri bu ittihamdan yayınmaq məqsədilə əvvəldən qurultayın keçirilməsi üçün nəzərdə tutulmuş “Prezident Otel”dən imtina edib,”Rits Karlton Moskva” otelini separatçıların ixtiyarına verib. Tədbirin keçirilməsinə  dövlət büdcəsindən 3,5 milyon rubl ayrıldığı rəsmən elan olunsa da ,mütəxəssislər daha çox qeyri-rəsmi vəsait ayrıldığını bildiriblər.Bu dəfə tədbirə ənənəvi Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Pridnestrovaya, Donetsk Xalq Respublikası, Luqansk Xalq Respublikası kimi keçmiş SSRİ ərazisinin separatçılarıyla yanaşı, Kataloniyadan, Şotandiyadan, İrlandiyadan, Somalidən, hətta Texasdan da nümayəndələrin gəlişinə vəsait ayrıldığı deyilir. Qurultayda guya “millətlərin özünü təyinetmə” hüququndan separatçılar gen-bol çıxışlar etsələr də, eyni zamanda Moskvanın siyasətinin tərkib hissəsi olan “birqütblü dünyaya son” şüarı altında da xeyli çıxışlar edilib. Rusiya mətbuatı bu tədbiri zəif işıqlandırsa da “Pravda.ru” saytı daha aqressiv mövqedən çıxış edərək Moskvaya toplaşan separatçıları “Vaşinqton üçün beçinci kalon” yetişdiyini qeyd eib. Beynəlxalq təşkilatlar və dünya dövlətləri bu tədbirin separatçılardan çox Rusiyanın işinə yaradığını qeyd ediblər, Moskvanı himayədarlıqdan əl çəkməyə çağırıb, kəskin münasibət bildiriblər.  Qondarma  “DQR” nümayəndələrinin də iştirak etdiyi bu tədbirlə bağlı  Azərbaycan Xarici İşlər Nazirliyinin hər hansı bir rəsmi mövqeyi hələlik ictimaiyyətə məlum deyil. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler