Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Senin zülfün kimi gündüzüm qara…

23 Eylül 2016

6:16 pm


23/09/2016 [22:13]: xeber –
ADIN ÇAT-ÇAT ETDİ DODAQLARIMIYanında günahım olmadığından,Sən məni heç zaman əfv eləməzsən.Məni öldürərsən min əzab ilə,məni birdəfəlik məhv eləməzsən.Adın çat-çat etdi dodaqlarımı,həsrətin qurutdu budaqlarımı.Götür bu payızın yarpaqlarınısəp mənim ömrümə, səhv eləməzsən.Allah bəndəsiyəm, mələk deyiləm,Sənə nəfəs qədər gərək deyiləm.Sinəndə döyünən ürək deyiləm,mən ölüb gedərəm, off eləməzsən.SƏNİN ZÜLFÜN KİMİ GÜNDÜZÜM QARAMin ildi süzgəcdən keçirməkdəyəm,min ildi bu baxtın suyu durulmur.Yanvarı, fevralı qara qar verir,çiçəyi açılmır, mayı durulmur.Ömrün ilməsidi qaçıb sökülən,səbrin qalasıdı uçub tökülən.Suyunu gözümdən çəkib tökürəm,canımda qazdığım quyu durulmur.Sənin zülfün kimi gündüzüm qara,ürəyim sinəmdə çəkilir dara.Min ildi bürünüb ayrılıqlara,bu ömrün bir yarpaq Göyü durulmur.ALLAH, BU ADAMIN AYAĞI YOXDU…Allah, bu adamın ayağı yoxdu,ötən günlərini haqlaya bilsin.Və bir gözəl günün əlindən tutubyanında ömürlük saxlaya bilsin.Oturub içini yeyir bu adam,bu günə “Min şükür!” deyir bu adam.Bir qapı yiyəsi deyil bu adam,onu aça bilsin, bağlaya bilsin.Yağsız çıraq kimi sönür dözümü,xəzan yarpağına dönür dözümü.Öldür bu adamı, amma gözünüsağ saxla, özünü ağlaya bilsin.Yavər Hüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler