Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Senin tilovuna ağ balıq düşür, menim tilovuma balaca kilke…

28 Haziran 2016

4:00 am


28/06/2016 [07:59]: xeber –
Əvvəllər görəndə ayaq saxlayar,İkiqat əyilər, salam verərdin.”Səhər” qəzetini hər gün oxuyar,Ehtiram göstərər, gül göndərərdin…İnşallah, görərik aqibətini,Savadsız olsa da nazirdi dayın.O, rusca danışır, türk millətinin,Qanını içməyə hazırdı dayın…Dayının ağzına, burnuna bir bax,Deyirlər erməni qarışığı var.Axırda o bizi dərdə salacaq,Səhvdir, şübhəlidir verdiyi qərar.Dayın saraydadır, kürsü açıqdır,Özünü göstərir bəxtiyar kimi…Qəddini düzəldib kürsüyə qalxır,Sənə göz eyləyir aktyor kimi…Sən elə əl çaldın, elə əl çaldın,Nümayiş etdirdin “sədaqətini”…Sən elə alçaldın, elə alçaldın,İtirdin insanlıq ləyaqətini…Sən başdan ayağa saxtalaşmısan,Payızın saxtadır, qışın saxtadır.Özün kimilərə sən qarışmısan,Diplomun saxtadır, işin saxtadır.Oğlun vıyıltıyla keçir yanımdan,Onun da saxtadır hərbi bileti.Arvadın xaricdən döndüyü zaman,Görürəm necədir halı, haləti…Yolun ortasından hasar çəkmisən,Qaranlıq gecən də dönüb gündüzə.İki mərtəbəli qaraj tikmisən,Maşınlar rəngbərəng, maşınlar təzə.İşğal günlərində məclis qurursan,Qonşular hay – küydən gecə yatmayır.Özün əlli – əlli süzüb vurursan,Sənə fələyin də gücü çatmayır.Yadıma balıqla o Xalıq düşür,Mavi Xəzəri də almısız bəlkə.Sənin tilovuna ağ balıq düşür,Mənim tilovuma balaca kilkə…Hər şey özəlləşib Aydan Yerəcən,Sənintək əclaflar olublar ortaq.Pul ilə aldığın elmi dərəcən,Fəxri adın da var:- Əməkdar yaltaq!..Nə edək, hələlik dünya sənindir,Hələlik pas tutub bu çərxi – fələk.Şərəfsiz adamlar artır, çoxalır,Qara camaatsa axtarır çörək…Məzahir Süleymanzadə, tanınmış şair-publisit-jurnalist




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler