Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Senetkara öz yerinde qiymet verilmesinin – SİRLƏRİ

10 Temmuz 2016

3:44 pm


10/07/2016 [19:41]: xeber –
 Sənət adamı olan dostlarımın demək olar hamısı gileylənirlər ki, kənar yerlərdə sənətimizə yüksək qiymət verildiyi halda, öz doğulduğumuz yerin insanları bizə qiymət vermirlər. Bəzi dostlarım bunu yaşadığı yerin əhalisinin qədirbilməzliyi, sənətdən baş çıxarmaması kimi qiymətləndirirlər. Bilməlisiniz ki, bunun səbəbi heç də yaşadığınız yerin əhalisində deyildir. İnanmırsınızsa, sizə yüksək qiymət verilən yerlərdə yerli sənətkarlardan soruşun, görün onlara həmin yerdə qiymət verirlərmi? Əlbəttə “yox” deyəcəklər. Bu problemlə tək bir sənətlə məşğul olanlar deyil, bütün sənət sahələrinin sənətkarları qarşılaşırlar. Odur ki, məsələnin kökünə bir nəzər salmağı lazım bildim.El arasında “Öy buzoyundan öküz olmaz” məsəli təsadüfən yaranmayıb. İnsan cəmiyyəti yaranandan yanaşma bu cür olub.Ona görə də, bizdən qabaq yaşamış aqillər başqalarından fərqli qabiliyyəti, istedadı olan adamara (sənətkarlara) məsləhət görmüşlər ki, öz sənətinizlə yüksəlmək və adsan qazanmaq istəyirsinizsə, mütləq yaşadığınız yeri tərk etməlisiniz. Bunu belə izah edirlər ki, əgər sən xüsusi istedada sahib olub, məsələn, bir elmi kitab yazmı-sansa, yaşadığın yerin adamları onu oxuduqca, gözlərinin qabağına sənin uşaqlıqda onlarla bərabər etdiyin günah işlər gələcək… və beləliklə də sənin elmin o günahların kölgəsində qalacaq və həmin əhalinin gözlərində dəyərsiz olacaq. Sənin gəncliyindən və uşaqlığından (günahlarından) xəbərsiz olan uzaq yerin əhalisi isə, sənin kitabına və istedadına yüksək qiymət verəcəklər…Bilməlisiniz ki, dağ nə qədər uzaqda olsa, onun əzəməti bir o qədər böyük görünər. Üstünə çıxanda isə, insan özünü o dağdan da əzəmətli hiss edər. Beləliklə də, insanın gözündə həmin dağın əzəməti itib gedər. Bu səbəbdən insanlar xoşbəxtliyi də həmişə uzaqlarda axtarırlar. Daha bilmirlər ki, yaxınlaşanda onsuz da o əzəmətdən əsər-əlamət qalmayacaq… Ona görə də çalışın ətrafınızdakıları qiymətləndirəsiniz… Nə qədər çətin olsa da… Paşa Yaqub Yazarın arxivi:http: //www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler