Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sen de bir zamanlar adam olmusan”

20 Ekim 2016

7:32 am


20/10/2016 [11:29]: xeber –
Tanınmış şair Məmməd Tahirin bir neçə şeirini sayt oxucularına təqdim edirik:Tökülür ömrün suvağı,Çatlayır uçuq yerindən.Dəlisov küləklər əsirKönlümün açıq yerindən.Cüt çərşənbə, tək ilaxır,Fələyindi əvvəl-axır,Daha sellər-sular axırKöhnə alaçıq yerindən.Üz aşağı gedir kəllə,Odu sönüb, oynar küllə,Son ümidə gələn gülləKeçir arpacıq yerindən.Ha çalxala, çalxa, bilmir,Bəla gəlib xalxa, bilmir,Daha durub, qalxa bilmirBu bədbəxt, yazıq yerindən.                          2016SƏRXOŞA MƏKTUBGözlərin süzülür yüz nəşə ilə,Dördayaq gedirsən barmaqlar üstə.Söz-sovu vurursan qulaqardına,Keçir ömrün-günün qınaqlar üstə.Ya naşı olmusan, ya xam olmusan,Saralıb, solmusan, vağam olmusan,Sən də bir zamanlar adam olmusan,İndi sürünürsən torpaqlar üstə.Sel gəlir üstünə, su dizdən keçir,Belə yaşayırsan, üz-üzdən keçir,Yüzdən, iki yüzdən, üç yüzdən keçir,Qalır dadı-tamı dodaqlar üstə.Canın öləziyir bir çıraq kimi,Yol durur üzünə uca dağ kimi,Ayların, günlərin köhnə yağ kimi,Əriyir çaxırlar, araqlar üstə.Yanından keçənlər içindən keçmir,Içindən keçənlər öcündən keçmir,Ölçürsən, bu dünya ölçündən keçmir,Ölçürsən, bu dağlar o dağlar üstə.Hər günün, saatın mey, məzə kimi,Hər məzə mərəzin təptəzə kimiBədənin sahibsiz cənazə kimiGedir, başın qalır ayaqlar üstə.                          2016«BAX, BU , MƏNƏ DƏRD OLUB»                      Xaıq şairi Fikrət QocayaDönüb ərəb saçına,Dünya yaman sərt olub.Hər işin başı insan,Əzrayıl bir fərd olub.İtib çoxdan yol-yordan,Haqqı asırlar dardan,Durub baxır kənardan,Şeytan da çox pərt olub.Çox üzlü üzdə qalıb,Çox vədlər sözdə qalıb,Düz elə düzdə qalıb,Qazanan namərd olub.Caduya, sehrə baxmır,İstəyə, mehrə baxmır,Göydəki yerə baxmır,“Bax, bu, mənə dərd olub.”                                    14.01.2016SƏRBƏST DÜŞÜNÇıx gəraylı havasından,Bir az payız,Bir az da yaz havası al.Ulduzlara araçı sal,İmzalansın Qərblə Şərqin arasındaBarış aktı.Bu düşmənlik gör nə qədərÜrək yaxdı.Çıx gəraylı havasından,Əllərini bir az geniş,Bir az yan aç.Nə minillik bir ölüyə ibadət et,İncil oxu,Nə  Quran aç.Ətrafa bax,Zaman necə axıb gedir.Ömür durmur,Gündüz,gecə axıb gedir.Kimi məzar,Kimi ayaq altı qazır.Kimi alın təri ilə,Əllərinin qabarıyla tarix yazır.Əyil yerə, qulaq söykə,Gör nə deyir.Gələn gəlir,Gedən gedir,Məzar susur,gor nə deyir.Ürəyini ocaq elə,Bir az dinlə, sor, nə deyir.Demirəm ki,boğaz yaşla,Ya məst düşün.Çıx gəraylı havasından,Adam kimi yaşa bir az,Sən də bir az sərbəst düşün.                            30.05.2016


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler