Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şemşirşünaslığa deyerli töhfe…

13 Ağustos 2016

6:48 pm


13/08/2016 [22:43]: xeber –
Minillər boyu xalqın mənəvi dünyasının zənginləşməsində, formalaşmasında ozan-aşıq sənətinin özünəməxsus rolu olmuşdur. Sözə don biçmək, sözü yaşatmaq, sözə heykəl qoymaq qabiliyyətinə malik insanların cərgəsində ustad sənətkarımız Dədə Şəmşirin öz yeri, öz zirvəsi var. Bu gün klassik aşıq yaradıcılığının ən görkəmli simalarından söhbət düşəndə Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı, Aşıq Ələsgər kimi sənətkarlarla yanaşı Dədə Şəmşirin də adı hörmətlə çəkilir.Gənc tədqiqatçı-jurnalist Cəmilə Çiçəyin toplayıb tərtib etdiyi və öz orijinal yazılarını da daxil etdiyi “Arı çiçəyə gəlib…” adlı son dərəcə maraqlı, zəngin məlumatlarla, xatirələrlə süslənmiş kitabı da, əslində, Dədə Şəmşirin adına, onun ucalığına yaraşan ən gözəl abidədir. Ayrı-ayrı nəslin nümayəndələrinin Aşıq Şəmşir haqqında söylədikləri fikirlər, onun yaradıcılığına verdikləri qiymət, bütövlükdə  Kəlbəcər ədəbi mühiti haqqında zəngin təəssürat Cəmilə xanımın çəkdiyi böyük zəhmətdən xəbər verir.Kitabın “Arı çiçəyə gəlib…” adlanması, əslində, simvolik məna daşıyır. Böyük söz axtarışına çıxarkən çətinliyə, dara düşənlər istər-istəməz Səməd Vurğunun söz sənətinə, söz gülzarına – zəngin xəzinəyə üz tuturlar. Səməd Vurğun xeyir-duasıyla böyük yola çıxanlar isə həmişə uğur qazanıblar. Aşıq Şəmşir də bir zaman böyük Səməd Vurğunun xeyir-duasıyla, dəstəyi ilə geniş ictimaiyyətlə qovuşdu, xalq içində məşhurlaşdı, sevildi, könüllərə yol tapdı.“Arı çiçəyə gəlib…” kitabında ayrı-ayrı müəlliflərin Aşıq Şəmşir haqqında duyğu və düşüncələrinə də geniş yer verən gənc tədqiqatçı-jurnalist istər şəxsiyyət, istərsə də zəngin yaradıcılığa malik bir insan olaraq Dədə Şəmşirin nadir keyfiyyətlərindən söz açır.Kitab həm aşıq ədəbiyyatı həvəskarları, həm də Dədə Şəmşir yaradıcılığının  araşdırıcıları, tədqiqatçıları üçün çeşidli, zəngin materiallarla dolu qiymətli bir mənbədir.İnanıram ki, Cəmilə Çiçəyin böyük zəhməti bahasına araya-ərsəyə gələn bu gözəl kitab şəmşirseverlərə ən yaxşı hədiyyə olacaq.Akademik Nizami CəfərovCəmilə Çiçək (İsbəndiyarova). Arı çiçəyə gəlib…. Bakı, “Azərnəşr”, 2013, 352 s.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler