Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Semed Vurğun bunların tayı deyil” -LAYİHƏ

12 Ekim 2016

8:04 am


12/10/2016 [12:02]: xeber –
sayt “Yada düşər xatirələr” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfə də ədəbiyyat adamlarının gerçək həyatda baş verən maraqlı sərgüzəşətlərinin sizlərə maraqlı gələcəyini düşünürük:Bir gün şair Qabil təzə aldığı “Volqa”yla bağ evinə gəlir. Bir az yeyib-içəndən sonra kefi kökəlir, dəmlənir, maşını yumaq qərarına gəlir. Şairin bağ qonşusu da eyni rəngdə “Volqa” alıb qapıda saxlayıbmış. “Əhvalı yaxşı olan” Qabil işə başlayır. Həvəslə maşını yuyur. Birdən bayaqdan onu seyr edən qonşu zarafatyana deyir “Şair, xahiş edirəm maşını yaxşı yu”.Qabil çəpəki baxaraq:– Ə, get işinə-gücünə, – deyir.Qonşu gülərək içəri keçir. Qabil axır ki, maşını yuyub qurtarır. Oturub dincini alan zaman görür ki, həmin qonşu gəlib onun yuduğu “Volqa”ya oturub gedir. Sən demə, şair bayaqdan ona “Yaxşı yu!” deyən qonşunun maşınını yuyurmuş.***Bir gün yazıçı-şairlər dəstə ilə Sabir Rüstəmxanlının toyuna gedirmiş. Maşın karvanının sarbanı da Qabil olur. Özü qabağa düşübmüş ki, qaçhaqaç, qovhaqov olmasın. Dərələr, təpələr aşırlar, çaylar, körpülər keçirlər, kəndlərdən, şəhərlərdən ötürlər və birdən yolun ən geniş, ən düz və meşə ilə əhatə olunmuş səfalı yerində Qabil gözlənilmədən əyləci basıb maşını saxlayır. Yoldaşları tökülüşüb yanına gəlirlər.– Nə olub, Qabil, niyə dayandın? – Görmürsünüz, qabaqda nə yazılıb? – Nə yazılıb? – Yazılıb ki, “Ostorojno, Qabil”. Yoldaşları yazını diqqətlə oxuyurlar: “Ostorojno, Kabel!” Qabilə deyirlər ki, ay rəhmətliyin oğlu, diqqətlə oxu. – Həəəə, kabel? Onda getdik.Bir gün Rəsul Rza Səməd Vurğundan soruşur:– Görəsən, gələcək nəsillər hansı şairləri yada salıb oxuyacaqlar?Səməd Vurğun:– Deyim də sənə: Nizami, Füzuli, Nəsimi, Seyid Əzim, Mirzə Şəfi Vazeh, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Almas İldırım, Cəfər Cabbarlı və s…– Bəs bizi oxumayacaqlar?– Biz həmin vaxt “o və s”-nin içində olacağıq..***Bir gün Qabil yazıçı Salam Qədirzadənin evinə qonaq gedir. Şairin maşını həyət qapısının yanında saxladığını görən Salam Qədirzadə bayaqdan oturduğu eyvandan getməyib Qabili gözləyib. Eyvanda təxminən on dəqiqə gözləyəndən görür ki, Qabildən bir xəbər-ətər yoxdur. Axı maşını saxladığı yerlə küçə qapısı arasında heç cəmi 5-6 metr məsafə var, bəs Qabil niyə gəlməyib?! Oğlanlarından birini çağırır ki, həyət qapısından küçəyə çıxsın və Qabil üçün baxsın. Yazıçının oğlu elə küçə qapısını açıb gördüyü mənzərəyə təəccüblənir. Görür ki, Qabil deyinə-deyinə qapısı açıq olan lyukun içindən çıxır.Bir gün Səməd Vurğun rayonların birinə tədbirə gedir. Kənd onu çox gözəl qarşılayır. Qucaqlayan kim, dil-ağız edən kim. Birdən şair görür ki, qəşəng bir qız bayaqdan ona baxır. Şair onun yanına gəlir və xoş təbəssümlə:– Qızım sənin nə gözəl gözlərin var! – deyir. Nəsə hiss edir ki, hamı bir anlıq tutulur. Kənardan anası gəlib qızı aparır. Qızın kor olduğunu bilən şair çox pis olur. Səhəri Bakıya qayıdır və o hadisəni uzun müddət unuda bilmir.Bir gün evdə olarkən qapı döyülür və bir xanım əlində çiçək şairə tərəf gəlir. Səməd Vurğun bir anlıq sevincindən nə edəcəyini bilmir. Həmin qızı tanımışdı. Onun gözlərini əməliyyat nəticəsində sağaltmışdılar. Şair deyir:– Qızım yadındadır, sənə o vaxt “gözəl gözlərin var” deyirdim. Bax indi görürsən şair heç vaxt yalan danışmır***Bir gün Süleyman Rüstəm şairlərdən bir qrupunu öz bağına qonaq çağırır. Səməd Vurğun bir qədər gecikir. Bağın darvazasına çatanda görür ki, uşaqlar tut ağacına çıxıb tut yeyirlər. Maraqlanıb soruşur: “Ay uşaqlar, bu günkü şairlərdən kimi tanıyırsınız?” Uşaqlar bir-bir tanıdıqları şairlərin adını çəkirlər. Ancaq heç kim Səməd Vurğunun adını çəkmir. Şair öz adının çəkilmədiyini görüb bir qədər pəjmürdə hal olur. Soruşur: “Bəs Səməd Vurğunu tanımırsınızmı?” Uşaqlardan biri qayıdıb deyir: “Əmi, o alayı şairdir, bunların tayı deyil”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler