Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Selim Müslümovun 55 yaşı tamam olur

01 Kasım 2016

1:36 pm


01/11/2016 [17:32]: xeber –
Noyabrın 1-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümovun 55 yaşı
tamam olur. S.Müslümov 1961-ci il noyabrın 1-də  anadan olub.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun
Uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib.

1983-1987-ci illərdə Moskva
Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və
1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək İqtisad
elmləri namizədi alimlik dərəcəsi alıb.     

 1988-ci ilin yanvarından 1995-ci ilin
iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan
müavini vəzifələrində çalışıb.

1992-ci ilin yanvarından
1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi
ezamiyyətdə və doktoranturada olub.

1995-ci ilin iyulundan
2000-ci ilin martınadək Azərbaycan Respublikası  Maliyyə Nazirliyində
idarə rəisi vəzifəsində çalışıb.

2000-ci ilin martında
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib.

17.01.2002-ci ildə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti
general-mayoru rütbəsi verilib.

2002-ci ilin 17 dekabr
tarixində  Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri
vəzifəsinə təyin edilib.

2004-cü il sentyabrın 18-də
Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş
Assambleyası zamanı bu qurumun Büro üzvü seçilib.

2006-cı ilin fevral ayında
doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik
dərəcəsi alıb.

İqtisadi sahədə bir neçə
qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir.  4
kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

22 oktyabr 2013-cü ildə
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə
təyin edilib.

Rus və ingilis dillərində
sərbəst danışır. Evlidir, 3 övladı var.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler