Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Selim Müslümov ve Qenire Paşayeva kimsesiz qocanı ölümden xilas etdi

25 Ekim 2016

5:32 am


25/10/2016 [09:29]: xeber –
Millət vəkili Qənirə Paşayevanın və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun reportajımıza verdiyi operativ reaksiyanın nəticəsində bu gün Eldəniz Məmmədov qocalar evinə aparıldı və artıq oranın sakinlərindən biridir. Əvvəlcə, millət vəkili Qənirə Paşayevadan zəng gəlir. Musavat.com saytında  reportajı oxuyan millət vəkili bir an belə gecikmədən yola çıxıb. Yolda biz də ona qoşulur və birgə tənha qocanın yaşadığı, insanı dəhşətə salacaq qədər acınacaqlı şəraiti olan bu daxmaya gəlib çatırıq. Millət vəkilinin qəfil qapını açıb içəri girdiyini görən qoca təəccübünü gizlədə bilmir. Ardınca nazir Səlim Müslümovun tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli şəxsləri sözügedən ünvana gəlir  və ona illərdir gözlədiyi şad xəbəri verirlər, qocalar evinə apacaqlarını deyirlər. Eldəniz Məmmədovun ayağı yer tutmadığından ona yardım edib əşyalarını yığır, geyinib hazırlanmmasına yardım edirik. Məlum olur ki, ayaqlarını yorğanın altında gizlədən Eldəniz kişinin geyinməyə corabı belə yox imiş… Qonşulardan biri corab alıb gətirir. Tezliklə sakinlər həyətə toplaşır və qocanın bu vəziyyətdən xilas olunmasına alqış edirlər. Ayaqları yer tutmadığı üçün iki nəfərin yardımı ilə Sosial Müdafiə Nazirliyinin avtomobilinə əyləşdirilən Eldəniz Məmmədovu Bilgəh qəsəbəsində yerləşən qocalar evinə aparırlar. Gedərkən, ötən 20 il ərzində ona yardım edən qonşuları da həyətə toplaşaraq onunla vidalaşırlar, o da maşının pəncərəsindən onlara əl etməyi unutmur. Gedərkən köhnə daxmasını da qonşulara əmanət edir…Təəssüratlarını musavat.com-a danışan  millət vəkili Qənirə Paşayeva  ilk növbədə Əmək və Əhalinin Sosial Müdaifəsi naziri Səlim Müslümova minnətdarlığını bildirir: “İlk öncə sizə təşəkkür edirəm ki, belə bir vətəndaşımızı  tapıbsınız. Biz bu reportajı çox böyük üzüntü ilə oxuduq. Dərhal hörmətli Səlim müəllimə   zəng elədim. Cənab nazirin ilk reaksiyası belə oldu ki, Qənirə xanım, mən artıq o reportajı oxumuşam və müvafiq tapşırıqlar vermişəm. Mən isə bildirdim ki, qocanın vəziyyəti həddindən artıq pisdir.  Cənab nazir isə bildirdi ki, tapşırıq verirəm, günü bu gün gedib qocanı götürsünlər , qocalar evinə yerləşdirsinlər. Mən cənab Səlim Müslümova belə həssas reaksiya verdiyinə görə, təşəkkürümü bildirirəm. İnşallah bu qardaşımız da bundan sonra daha rahat həyat sürər. Çünki ağır xəstədir, kimsəsizdir, bütün qayğılarla əhatə olunar”. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Sektorunun müdiri Adət İbrahimov artıq Eldəniz Məmmədovun yerləşdirilməsi üçün hər bir şəraitin hazır olduğunu dedi:  “Hazırda bu qocanı Bilgəh qocalar evinə aparırıq. Orada ayrıca otaq da hazırdır, tapşırıq verilib, hər bir hazırlıq görülüb.  Lazım olsa tibbi müayinədən keçirəcəyik, müalicəsini də edəcəyik. Hər şey qaydasında aparılacaq”. P.S.  Eldəniz Məmmədovun Bilgəh qocalar evinə yola salmağımızdan iki saat sonra nazirliyin Sosial Xidmətlər Sektorunun müdiri  Adət İbrahimovdan zəng gəlir. Adət müəllim bildirir ki, Eldəniz Məmmədov qocalar evində yerləşdirilib, ona dərhal yemək və isti paltar verilib. Qocalar evinin əməkdaşları onun saç-saqqalını da qaydasına salıblar. Tibb bacısı isə vəziyyətini yoxlayaraq ilkin tibbi yardımı edib. Sabah isə təkrar həkim müayinələri aparılacaq və Eldəniz kişinin ayağının sağalması üçün lazım olan müalicə kursuna başlanılacaq.  Musavat.com olaraq qarşıdakı günlərdə Bilgəh qocalar evinə baş çəkib, Eldəniz Məmmədovun oradakı həyatını da işıqlandıracağıq. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler