Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Selena Qomes sehneden gedir – Xesteliyine göre

01 Eylül 2016

6:20 am


01/09/2016 [10:16]: xeber –
24 yaşlı amerikalı müğənni Selena Qomes səhnəni tərk edir.Sənətçi ciddi dəri xəstəliyindən əziyyət çəkdiyi üçün müğənnilikdən uzaqlaşmaq qərarına gəlib.O, Avropa və Cənubi Amerikada konsertləri nəzərdə tutan “Revival World Tour” adlı dünya turuna çıxmaqdan da imtina edib.Bu barədə Selena rəsmi bəyanat da yayıb: “Bəlkə də çoxlarınız mənim dəri xəstəlyimdən əziyyət çəkdiyimi bilirsiniz. Bu xəstəliyin narahatlıq, panika və depressiya kimi mənfi tərəfləri var. Mən öz səhhətim və xoşbəxtliyimin qeydinə qalmalıyam. Buna görə də karyeramda fasilə vermək qərarına gəldim”.Xatırladaq ki, Selena Qomes 2013-cü ildə bu xəstəliyə yoluxduğunu öyrənib. O vaxtlar səhnədən uzaqlaşan müğənninin yerini ancaq ailəsi və yaxın dostları bilirdi. Bir neçə dəfə kemoterapiya kursu qəbul edən sənətçinin daha sonralar ürəyində problem yaranıb. O, hətta insult keçirəcək həddə çatıb.(Qafqazinfo) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler