Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Şekle ne qeder diqqetle baxsam da, orada Eldar Sabiroğlunu göre bilmedim”

26 Eylül 2016

10:20 pm


27/09/2016 [02:16]: xeber –
Xəbər verdiyimiz kimi,
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu mərhum
prezidentlər Heydər Əliyevlə Əbülfəz Elçibəy arasındakı məhkəmə prosesində çəkilən
şəkli redaksiyamıza təqdim edərək söylənilənlərin əksinə olaraq məlum məhəmə
prosesində iştirak etdiyini bildirib. (http://www.moderator.az/news/152778.html ).

Məsələ ilə bağlı
sayt-a açıqlama verən millət vəkili Siyavuş Novruzov həmin şəkli
E.Sabiroğlunun iddiasını təsdiqləyən fakt kimi qəbul etmədiyini bildirib:

“Mən həmin şəklə nə qədər
diqqətlə baxsam da, orada Eldar Sabiroğlunu görmədim. Bir daha qeyd edirəm ki,
o, Heydər Əliyevin vəkili olmayıb.

Əbülfəz Elçibəyin vəkillərinə
gəlincə, onun rəsmi şəkildə üç vəkili olub. Bunlar Adil Minbaşov, Aydın Kərimov,
bir də Məmməd Zeynalovdur. Onu rəsmi şəkildə bu üç adam təmsil edib. Kimlərinsə
məhkəmə prosesində iştirak etməsi onların prosesə vəkil kimi qatıldığını söyləməyə
əsas vermir. Ortada məhkəmə sənədləri var və hər kəs bu sənədlərlə tanış olub əsl
həqiqətlə tanış ola bilər”.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler