Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Şekinin bir il Türk Medeniyyet Merkezi ili elan edilmesi çox işe yaradı”

17 Temmuz 2016

7:12 am


17/07/2016 [11:11]: xeber –
“Milli Mədəniyyətin Təbliği” adlı layihə çərçivəsində növbəti görüş Şəkidə keçirildi. Tədbirə başlayarkən ilk öncə layihə rəhbəri Jalə Cəfərova Şəkinin qürurverici tarixi aidələri ilə bağlı təəssüratlarını bölüşüb. O, tanış olduğu yeni insanlara, xüsusən də bütün muzey əməkdaşlarına minnətdarlığını bildirib. Şəkinin bir il Türk Mədəniyyət Mərkəzi ili elan edilməsinin çox işə yaradığını qeyd edib.Əsasən müəllim, muzey əməkdaşları, kitaxanaçı, həmçinin psixoloqların da qatıldığı tədbir aktivliyi ilə yadda qalıb. Geyim və davranışlarımızla bağlı videoçarxa tamaşa etdikdən sonra disskusiya davam etdirilib. tədbir iştirakçıları çıxışlarında qeyd ediblər ki, milli mənəvi dəyərlərimizin aşınmasının qarşısını almaq üçün hələ də KİVlər nəinki heç nə etmir, əksinə milli geyimlərə, adət-ənənlərə aid qeyri-ciddi proqramlar hazırlamaqla gərginlik mənbəyimizə çevrilib. Öz aktiv çıxış və təklifləriylə seçilən psixoloq Orxan Əhmədli, Sədaqət xanım, Rahibə xanım “Sağlam cəmiyyət olmazsa milli –mənəvi dəyərlərimizi itirə-itirə gedəcəyik” fikrini bir çox misallarla auditoriyanın diqqətinə çatdırdı. Sonda Rahibə xanımdan hamının bəyəndiyi təklif gəldi. “Şəkidə bir gün milli geyimlər” günü elan olunsun. İki saata yaxın davam edən müzakirələr çay süfrəsi ətrafında yekunlaşıb.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler