Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şekide palçıqlı su xarici turistlerin gözü ile…- FOTO

24 Temmuz 2016

12:04 pm


24/07/2016 [16:01]: xeber –
Şəki sakinlərinə palçıqlı su verilir. Şəkidə olan mənbəmizdən əldə etdiyimiz məlumata görə, hazırda rayon əhalisi demək olar ki, su əvəzi palçıqdan istifadə edir. Sakinlər yaranmış vəziyyətdən narazılıqlarını bildirilər. Aidiyyatı qurumları tədbirlər görməyə səsləyir və bu rüsvayçı vəziyyətə son vermələrini istəyirlər. Sakinlər sayt vasitəsilə problemlərinin tez bir zamanda həll olunması üçün Şəki Rayonu İcra Hakimiyyətindən və Azərsu ASC-dən kömək istəyiblər.Diqqətçəkən digər məqam isə Şəkidə olan xarici turustlərin maraqla palçıq fəvvarələrini, küçələrdə, parklarda və həyətlərdə içməli su krantlarından süzülən palçığı əllərində olan imkanlardan istifadə edərək, telefon və kameraların yaddaşına köçürmələri olub. Onlar Azərbaycanın ən qədim şəhərindən bir olan Şəkinin su təchizatının bu vəziyyətdə olmasından heyrətləniblər.Əlbəttə, həyat mənbəyi olan suyun bu cür çirkli olması böyükdən tutmuş uşağadək hər kəsin sağlamlığına ciddi təhlükədir. Bu sudan istifadə isə insanlarda müxtəlif xəstəliklərin yaranmasına rəvac verə bilər. Ona görə də ümid edirik ki, aidiyyatı qurumlar qısa zaman ərzində problemi aradan qaldırmağa çalışacaqlar.Qeyd edək ki, Şəki sakinləri illərdir, inci saflığı olan su üzünə həsrət qalıblar. Xüsusilə də yaz aylarında, yağışlar dövründə bulaqlardan su əvəzinə, sözün əsl mənasında, palçıq gəlir. Su nə təmizlənmir, nə sterlizə olunmur. Ümumiyyətlə, şəhərin su kanalizasiya sisteminin köklü dəyişilməsinə ehtiyac var.  Sizə təqdim etdiyimiz bu fotolardan vəziyyətin necə acınacaqlı olduğunu görəcəksiniz:




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler