Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şekide ayı 43 yaşlı kişiye hücum edib

02 Ekim 2016

3:44 pm


02/10/2016 [19:41]: xeber –
Şəkidə 43 yaşlı kişiyə ayı hücum edib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Baş Şabalıd kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Mahir oğlu Qədimov alının qaşüstü nahiyəsinin və hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub.Müayinə zamanı məlum olub ki, 43 yaşlı Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı  dağlıq meşəlik ərazidə ailəsinə məxsus şabalıd sahəsinə şabalıdın yetişib-yetişmədiyini dəqiqləşdirmək üçün gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edərək ona xəsarət yetirib. Daha sonra ayı ərazidən qaçıb.Şahin Qədimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd edilib. Şahin Qədimovun müalicəsinin xəstəxananın cərrahiyə şöbəsində aparıldığı bildirilir.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler