Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sehiyye Nazirliyi derman idxalçılarına xeberdarlıq edib

19 Ekim 2016

1:32 pm


19/10/2016 [17:30]: xeber –
Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiqlənmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması” qaydalarına əsasən, dərman vasitəsinin qeydiyyat vəsiqəsi 5 il müddətinə qüvvədə qalır.“Farmakopeya qaydalarına əsasən, steril dərman vasitələrinin laborator sınağı 15 gün ərzində həyata keçirilir. Həftənin şənbə və bazar günləri Analitik Ekspertiza Mərkəzinin iş günü olmaması, bəzi hallarda istirahət, bayram və digər qeyri-iş günlərinin həftə içi günlərə təsadüf etməsi nəticəsində dərman vasitəsinin sənədlərinin ekspertizası və nümunələrinin laborator sınaqlarının aparılmasına qədər qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsi hallarına rast gəlinir. Bununla əlaqədar olaraq dərman vasitəsinin qeydiyyat vəsiqəsinin qüvvədə olma müddətinin bitməsinə 30 təqvim günündən az qaldığı təqdirdə, ölkəyə idxal olunması məqsədəmüvafiq hesab edilmir”, – deyə xəbərdarlıqda qeyd olunub. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler