Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sehiyye Nazirliyi böyrek çatışmazlığından eziyyet çekenler haqda hesabat yayıb

29 Haziran 2016

10:20 am


29/06/2016 [14:18]: xeber –
Səhiyyə Nazirliyi xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər haqda məlumat yayıb. Qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (26-sı regionlarda, 8-i Bakıda) 2900-dən artıq xəstə dövlət vəsaiti hesabına proqram hemodializ müalicəsi qəbul edir.Rəsmi məlumata görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aşkar olunması və aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicəsinə Nazirlər Kabinetinin 19 iyul 2006 və 26 noyabr 2010-cu il qərarları ilə başlanıb: “2003-cü ildə ölkədə 1, 2006-cı ildə 4 hemodializ şöbəsi olub. Hazırda isə xəstələrə 544 hemodializ aparatı xidmət edir və dializlə əhatə edilən xəstələrin sayı hər il 20-22% artır. Dərman və tibbi ləvazimatlar dövlət hesabına qarşılanır, xəstələrə 171 həkim, 408 orta tibb işçisi xidmət göstərir.Xroniki böyrək çatışmazlığı böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəliklər, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar xroniki böyrək çatışmazlığının baş verməsinə səbəb olur.Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon insandan 800-1200 nəfərində bu xəstəlik müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır”.Səhiyyə Nazirliyi bildirir ki, ölkədə böyrək və digər orqanların transplantasiyası həyata keçirilən 640-a yaxın xəstə qeydiyyatdadır. Onların da immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına aparılır və bu qayğı ilə əhatə edilən xəstələrin sayı hər il 18-20% artır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler