Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehidler Xiyabanında “Her ay bir gun” aksiyası

07 Kasım 2016

12:44 pm


07/11/2016 [16:43]: xeber –
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Dövlət Bayrağı Günü” münasibətilə “Hər ay bir gün” adlı növbəti aksiyanı Şəhidlər Xiyabanında həyata keçirib. Birliyin sədri Sevinc Əzimbəyli deyib ki, il boyunca “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin  gəncləri məmləkətimizin, xalqımızın qəhrəman şəhid övladlarının xatirəsini yad edərək, vətənpərvər ənənəni davam etdirməkdədir. Onun sözlərinə görə, gənclərimiz “Hər ay bir gün” aksiyasını müqəddəs Şəhidlər Xiyabanında keçirməklə mübarək bayrağımızın ucalığı uğrunda şəhadətə qovuşan Vətən övladlarının müqəddəs ruhlarına bir daha sevgilərini göstərməyə çalışıblar.Birlik sədri qeyd edib ki, “Hər ay bir gün” aksiyasının əsas məqsədi ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdən ibarətdir. Həm də bu aksiya yad düşüncələrin əsirinə çevrilən bəzi üzdəniraq milli dönüklərə dövlətinə, bayrağına, şəhidinə sahib duran Azərbaycan gəncliyinin nümunəvi və sərt cavabıdır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler