Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehidin xatiresi yad edildi – Doğum gününde

15 Ekim 2016

4:36 pm


15/10/2016 [20:32]: xeber –
sayt xəbər verir ki, bu gün Sumqayıtda Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun doğum gününə həsr edilmiş anım tədbiri keçirilib.Tədbirdə Sumqayıtın dövlət  və qeyri-dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, icra hakimiyyətinin məsul işçiləri, şəhidin anası Ceyran Axundovanın çalışdığı Mədəniyyət və Turizm idarəsinin kollektivi, Əbdülməcidin təhsil aldığı məktəbin müəllimləri, sinif və tələbə yoldaşları, dostları, qohumları, Sumqayıt sakinləri, Azərbaycanın müxtəlif bölgələrdən gəlmiş qonaqlar iştirak edib. Qonaqlar arasında həmçinin Əbdülməcid Axunodovla bərabər şəhid olmuş Elvin Mirzəyevin, Mahir Mirzəyevin, Sultan Bayramovun, Müşfiq Orucovun, Samir Baxışovun valideynləri də olub.Tədbir iştirakçıları ilk öncə Sumqayıt Şəhidlər Xiyabanında uyuyan şəhid Əbdülməcid Axundovun məzarını ziyarət ediblər. Şəhidin məzarı başında millət vəkili Tahir Mirkişili, Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov, şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib. Çıxış edən rəsmilər şəhidlərin ölməz olduqalrını, Tanrı dərgahında ən uca məqamda durduqlarını, xalqımızın qəlbində özlərinə əbədi məskən qurduqlarını bildiriblər. Qeyd ediblər ki, hər bir azərbaycanlı şəhidlərin ölməz ruhu, eləcə də şəhid ailələrinin, şəhid övladlarının qarşısında hər zaman borcludur və bunu heç kim heç zaman unutmamlıdır. Daha sonra müəllimləri, dostları, qohumları çıxış edərək ƏIbdülməcidlə bağlı xatirələrini bölüşüblər, onun qorxmazlığından, vətənsevərliyindən danışıblar. Əbdülməcidin anası Ceyran Axundova oğlunun xatirəsini hər zaman uca tutacağına, onun adını daima yaşadacığına söz verdiyini bildirib. Bu gün onunla birlikdə olan, oğlunun əziz xatirəsini onunla bərabər yad etməyə gələn, tədbirin keçirilməsində dəstək göstərən hər kəsə təşəkkür edib. Anım tədbiri Sumqayıtın Tarixi Muzeyində şəhid Əbdülməcid Axundovun əziz xatirəsinə həsr olunmuş “Ölsəm yaşat” filminin təqdimatı ilə davam edib. Şəhidlər xiyabanından Tarix Muzeyinə gələn qonaqlar telejurnalist Nigar İsmayılqızının ərsəyə gətirdiyi 35 dəqiqəlik sənədli filmə baxarkən göz yaşlarını saxlaya bilməyiblər.  Filmin təqdimatından sonra xalçaçı rəssam Fazil Abasquluzadənin müəllifi olduğu xalça və gənc rəssamın şəhid Əbdülməcid Axundovun yağlı boya ilə işlədiyi portreti ailəsinə təqdim olunub.Təbdir Əbdülməcid Axundovun ruhuna açılmış ehsan süfrəsi ilə yekunlaşıb. Qeyd edək ki, Əbdülməcid Axundov yaşasaydı bu gün 23 yaşını qeyd edəcəkdi. sayt-ın kollektivi şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova başda olmaqla ailəsinə, qohumlarına, yaxınlarını bir daha başsağlığı verir, Allahdan səbr diləyir. Şəhidlər ölməz, Vətən bölünməz! Ölməzliyin, Tanrının dərgahında ucaldığın məqamın mübarək, ŞƏHİDİM!Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler