Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehidin süpürgeçi bacısı: “Qayğısız qalmışıq”

15 Ağustos 2016

2:24 pm


15/08/2016 [18:22]: xeber –
Bir müddət öncə təlimlə bağlı Tovuz, Ağstafa, Şəmkirə yollanmışdıq. Geri dönmədən öncə Gəncə şəhərinə baş çəkdik. Burada şəhid anası ilə görüşümüz olacaqdı, dərdi var idi və dinləməyimizi xahiş edirdi. Şəhid anası ilə görüşərkən yanımıza başqa bir qadın yaxınlaşıb sual verdi: “Siz bütün şəhidlər haqqında yazırsınız, yoxsa ancaq bir nəfər barədə?” Həmin qadın əyləşdiyimiz parkın süpürgəçisi idi. Əlində əlcəklər, üzündə məsum və çarəsizlik… Hiss edilirdi ki, nəsə dərdi var və jurnalistlərə bunu danışmaq istəyir. Söhbətləşdik və məlum oldu ki, Tünzalə Ələsgərova adlı bu xanımın qardaşı Qarabağ döyüşlərində şəhid olub. Amma ailə diqqət və qayğıdan bir az uzaq düşüb. Qanunları, hara müraciət edəcəyini bilməyən Tünzalə xanım bu günə kimi səsini heç yerə çatdıra bilməyib. İstəyi isə çox böyük bir şey deyil, sadəcə dövlət qayğısıdır: “Qardaşım Ələsgərov Arzu Qazaxıstanda qulluq edib. Oradan gələndən sonra hər bir Azərbaycan oğulu kimi müharibəyə getdi. BTR komandiri olub, şərəflə döyüşüb. 1992-ci ilin may ayında Şuşa döyüşlərində şəhid olub. Ona şəhidlik statusu verilib. Amma bu qədər. Mənim istəyim odur ki, qardaşım haqqında araşdırma aparılsın. Əgər layiqdirsə qəhrəman adı verilsin. Anam illərdir dövlət tərəfindən qayğı gözləyir. Qapımızı açıb, içəri girən olmayıb. Heç olmasa anama baş çəksinlər, təsəlli olardı. Yaşlı qadındır. Adicə 15 dəqiqəlik kimsə ona baş çəksə, təskinlik tapar. İllər keçib, ürəyi sakitləşmir. Qardaşımın 2 övladı var. Artıq böyüyüblər. Tələbədirlər. Onlar şəhid övladlarıdır. Ataları ilə qürur duyurlar. İstəyim iş, pul deyil. Sadəcə, qardaşım haqqında araşdırma aparsınlar. Əgər düşürsə, fəxri ad versinlər”. Bu sözləri göz yaşı ilə deyən Tünzalə xanım, yenidən süpürgəsini götürüb, işinə davam etdi. O, bundan narazı deyil. İşləyir, qazandığı pulla birtəhər yaşamağa çalışır. Tək istəyi qardaşının xatrəsinin əziz tutulmasıdır. Qarabağ müharibəsi zamanı minlərlə döyüşçümüz şəhid olub. Yəqin ki, hamısının ailəsi istəyər ki, şəhid olmuş yaxınlarına milli qəhrəman statusu verilsin. Bu sadəcə istəkdir. Amma onların bir haqqı var, dövlət tərəfindən qayğı… Bizim borcumuz şəhidimizin süpürgəçi işləyən bacısının səsini duyurmaq idi ki, bunu da etdik. İndi qalır ona yardım edə biləcək şəxslərin öz borclarını yerinə yetirmələri..


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler