Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehidin nişanlısına son sözleri ürek dağladı -“Men şehid olsam da üzüyünü çıxarma”

10 Ağustos 2016

1:08 pm


10/08/2016 [17:07]: xeber –
Türkiyədə hərbi çevriliş zamanı, şəhid olan Xüsusi Təyinatlı Polis Hakan Yorulmazın nişanlısı, 2 universitet məzunu Gülhan Aygünün açıqlaması ölkə mətbuatının gündəmindən düşmür.Bir aydan sonra toyları olacaqdı, amma Türkiyədəki baş verən hadisələr H.Yorulmazla nişanlısını əbədi ayırdı.G.Aygün nişanlısının ölümündən sonra ürək yanğısı ilə çıxış edib:”Hakanın ən böyük arzusu polis rəisi olmaq idi. Və atasına kiçik bir ev almaq istəyirdi. Onun yarıda qoyduğu nə varsa, hamısını mən tamamlayacağam. O şəhid olan günü onun üçün ad günü tortu bişirmişdim. Yaşadığı evi də bəzəyib ona məktub yazıb evdən çıxdım. Fikirləşirdim ki, bu sürprizi görüb çox xoşbəxt olacaq. Məktubda yazmışdım ki, sən evə gəlmədən bu tortu yeməyəcəm. O tort bizə qismət olmadı…Hakan şəhid olacağını sanki hiss etmişdi. İyulun 15-i mənə 10 dəfə zəng vurdu. Dedi ki, heç vaxt üzüyünü barmağından çıxarma. Axırıncı dəfə danışanda mənə dedi ki, əgər mən şəhid olsam sən nə edəcəksən? Yenidən ailə quracaqsan?Bizim bütün xəyallarımızı əlimizdən aldılar. Onunla son dəfə danışdıq, mənə dedi ki, partlayış yoxdur hər şey qaydasındadır. Bu söhbətdən sonra ikinci partlayış oldu və o şəhid oldu. Ona sonuncu dəfə mesaj yazdım, amma cavab ala bilmədim…”.(big.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler