Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehidin medalı tapıldı

17 Ekim 2016

5:20 pm


17/10/2016 [21:19]: xeber –
sayt daha bir şəhidimizin ruhunun şad olmasına və şəhid ailəsinin sevinməsinə səbəb olan xoşməramlı addım atdı. İyulun 10-da 99 günlük komada həyatla mücadiədən sonra şəhidlik məqamına yüksələn igid döyüşçümüz Rahib Tağıyevin həyat yoldaşı bir neçə gün öncə redaksiyamızla əlaqə saxlayaraq ürək parçalayan fikirlər səsləndirmişdi. Biz həmin giley-güzarı saytda verməsək də dərhal müdafiə nazirliyinə bu barədə məlumat veermişdik. Bir saat sonra həm rahim tağıyevin xidmət etdiyi hərbi hissənin rəhbərliyindən, həm yuxarı ordu komandanlığından məsələnin ciddi nəzarətə götürüldüyü bildirlmişdi.Bu günsə səhər saatlarında şəhidin həyat yoldaşı sayta göndərdiyi müraciətdə Ali Baş Komandandan kömək istəmiş, ömrünün sonunadək şəhid həyat yoldaşı ilə bağlı məsələnin həllini tapacağına, ona haqq etdiyi daha yüksək döyüş medalı verilməsinə nail olacağına and içmişdi— moderator.az/news/155147.htmlHəmin müraciət saytda yerləşdiriləndən bir saat sonra Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin rəisi şəhidin həyat yoldaşına müraciət edərək medalın ailəsinə təqdim edilməsi üçün artıq hazır olduğunu bildirmiş, günortadan sonra isə həmin medal şəhid ailəsinə təqdim edildi. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler