Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehid Tebriz Musazadenin xanımından nümunevi addım – Video

26 Ağustos 2016

10:16 am


26/08/2016 [14:15]: xeber –
Aprel döyüşlərində şəhid olan pilot Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə şəhid yoldaşının adını yaşatmaq üçün onun adını daşıyan təhsil mərkəzi açıb.O bildirib ki, sözügüdən təhsil mərkəzində şəhid övladlarına tam pulsuz təhsil veriləcək:“Təbrizin doğum günündə, yəni avqustun 12-də açılışımızı etdik. Əvvəllər Təbrizlə öz soyadımızla bağlı bir kurs açmaq planımız var idi. O, təhsilə çox önəm verirdi. Həmişə də tələbələrindən savadlı, dünyagörüşlü olmalarını istəyirdi. Zamanında qismət olmadı. Aprel döyüşlərində şəhid olandan sonra biz onun adının həmişəlik yaşaması üçün belə bir kurs açmaq qərarına gəldik.Bu mərkəzi tam öz gücümə açmışam. Burada şəhid övladlarına tam pulsuz təhsil veriləcək. Çünki onlar artıq öz borclarını yerinə yetiriblər. Müharibədə iştirak edən hərbçi ailələrinin, qazilərin övladlarına isə güzəştlər edilir. Mərkəzdən yığılan pulları da xeyriyyə məqsədilə şəhid ailələrinə vermək niyyətimiz var”.“Mən bütün bunları 4 aylıq pensiyanı bir araya yığaraq etmişəm. İndi çatışmayan avadanlıqlarımız var. İki övladım da var. Onları da təmin etməliyəm”.Qeyd edək ki, mərkəzdə 4 yaşından başlayaraq məktəqədər hazırlıqdan tutmuş magistraturaya qədər bütün hazırlıq dərsləri keçirilir. Həmçinin burada ingilis, rus dili, rəqs, rəsm, şahmat, loqoped, psixoloq dərsləri də keçiriləcək.(Qafqazinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler