Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehid pilotun atasından prezidente müraciet – Bu, menim üçün böyük teselli olardı…

10 Temmuz 2016

6:08 pm


10/07/2016 [22:05]: xeber –
Cəlilabad rayon sakini, şəhid atası Gülhüseyn Rüstəmov sayt – a ünvanladığı məktubunda ölkə başçısı İlham Əliyevə müraciət edib:Müraciətdə deyilir:Hörmətli cənab prezident!Yazıb Sizə bildirmək istəyirəm ki, oğlum Rüstəmov Rüstəm Gülhüseyn oğlu 1979 – cu ildə anadan olub. Cəlilabad şəhərində 8 saylı orta məktəbi bitirdikdən sonra Hərbi Aviasiya Akademiyasını bitirib.11 fevral 2013 – cü ildə Azərbaycan HHQ-yə məxsus helikopterin qəzaya uğrayaraq Xəzər dənizinə düşməsi nəticəsində ekipaj üzvləri – kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Onların meyitləri Xəzərdən çıxarılaraq dəfn edilib.Oğlum baş leytenant Rüstəm Rüstəmov ailəli idi və üçüncü övladı dünyaya gələndə oğlum şəhid olduğu üçün adını övladına qoyduq.Hörmətli cənab prezident!Bir şəhid atası kimi mənə ən böyük təsəlli oğlumun adının əbədiləşdirilməsidir. Mənim Sizdən xahişim odur ki, yaşadığımız Cəlilabad rayon Şəhriyar küçəsinə və ya bu mümkün olmadıqda rayonun başqa bir küçəsinə şəhid oğlum Rüstəm Rüstəmovun adı verilsin. Öncədən Sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.Tel: 051 – 494 – 00 – 11




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler