Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehid pilotun ad günü: Yaşasaydı 35 yaşı olacaqdı… – Fotolar

12 Ağustos 2016

9:48 am


12/08/2016 [13:47]: xeber –
Bu gün aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin doğum günüdür.Təbriz Musazadə Gürcüstan Respublikasının Borçalı mahalında, Dmanisi rayonundakı Yaqublu kəndində dünyaya göz açıb. O, 4-cü sinifi bitirənə kimi Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alıb.  Daha sonra Azərbaycana yollanan Təbriz orta məktəbi Bakı şəhərində bitirib, 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb. Mayor rütbəsinədək yüksələn hərbçi aprelin 2-də qəhrəmancasına şəhid olub. Xatırladaq ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatların qarşısını alan zaman Mi-24 helikopterinin heyəti Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenant Əbubəkir İsmayılov şəhid olublar. Onların meyitləri neytral ərazidə qaldığı üçün beynəlxalq qurumların vasitəçiliyi ilə aprel ayının 10-da Azərbaycana tərəfə təhvil verilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordumuzun digər generallarının iştirakı ilə şəhidlərimiz aprel ayının 11-də II Fəxri Xiyabanda dəfn olunublar. /AzVision.az/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler