Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehid Milli Qehremanın anasına daha bir ağır itki üz verdi

16 Ağustos 2016

2:52 pm


16/08/2016 [18:48]: xeber –
Milli Qəhrəman Gültəkin Əsgərova 1992-ci ilin 19 iyulunda Ağdam rayonun Aranzəmin yüksəkliyində şəhid olduqdan sonra 12 yaşlı qızı anasız qaldı. Qızı böyüdükdən sonra ailə həyatı qurdu və bir qız övladı dünyaya gəldi. Körpənin adını şəhid Milli Qəhrəman nənəsinin şərəfinə Gültəkin qoydular. Bu günlərdə isə Əsgərovlar ailəsi daha bir faciədən sarsılıb, belə ki, Gültəkinin atası rəhmətə gedib. Gültəkin Əsgərovanın anası Hacı Rəfiqə Əsgərova Respublika Şəhid Anaları və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvüdür. 33 ictimai təşkilatı özündə birləşdirən İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov şəhid anası Rəfiqə Əsgərovaya ailələrində baş verən faciə ilə bağlı dərin hüznlə baş sağlığı verir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler