Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Şehid mezarlarından bayraq asılsın!” – Parlametnde teklif

24 Ekim 2016

6:04 am


24/10/2016 [10:00]: xeber –
Milli Məclisdə şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının qaldırılmasının qanuna daxil edilməsi ilə bağlı təklif irəli sürülüb. Bu təkliflə Milli Məclisin deputatı Aqil Abbas çıxış edib.sayt  xəbər verir ki, A.Abbas Trend-ə açıqlamasında bildirib ki, təklif Milli Məclisin deputatları və rəhbərliyi tərəfindən müsbət qiymətləndirilib: “Azərbaycanda bu məsələ qanunda öz əksini tapmayıb”.A.Abbas qeyd edib ki, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun var: “Bu qanunda bayrağın necə və haralarda asılması göstərilir. Qanunda şəhid məzarı üzərində bayraq qaldırmaq məsələsi yoxdur. Əgər asılırsa, qanunla bayraq oradan götürülməlidir. Şəhid məzarı üzərindən asılan bayraq götürüləndə narazılığa səbəb olur. Bu səbəbdən Milli Məclisdə bununla bağlı təkliflərimi səsləndirərək bildirdim ki, şəhid məzarları üzərində bayrağın qaldırılması məsələsini qanuna daxil edək. Təklifim bəyənilib. Yəqin ki, məsələyə Milli Məclisdə baxılacaq”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler