Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehid esgerin oxuduğu mektebde anım günü keçirildi -FOTOLAR

10 Kasım 2016

4:24 pm


10/11/2016 [20:23]: xeber –
Bu gün Nizami rayon 12 saylı tam orta məktəbində şəhid əsgər Tahirli Natiq Namiq oğlunun doğum günü ilə əlaqədar anım günü keçirilib. Tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon ictimaiyyətinin nümayəndələri, veteranlar və şəhidin doğmaları iştirak edib.Tədbiri giriş sözü ilə açan 12 saylı tam orta məktəbin direktoru Əli Alıyev qonaqları salamlayaraq şəhid əsgərin şagird olduğu illərdə xatirlərini bölüşüb. Şəhidin sinif rəhbəri Nailə xanım da Şəhid Tahirli Natiq Namiq oğlunun onun ən sevimli şagirdlərindən olduğunu deyib.YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək dövlətçiliyimiz, müstəqilliyimiz, suverenliyimiz uğrunda gedən döyüşlərdə canını qurban verərək şəhidlik zirvəsinə ucalmış Natiq Tahirlinin gənclərə örnək olduğunu bildirib və qeyd edib ki, Vətən, Ana torpaq uğrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur, onların xatirəsi hər zaman xalqımız tərəfindən xatırlanaraq qəlblərdə əbədi yaşayır.Şagirdləri Natiq kimi vətənpərvər olmağa çağıran çıxışçılar tezliklə torpaqlarımızın erməni işğalçılarından azad olunacağını bildirib və belə tədbirlərin keçirilməsinin gənclərin milli ruhda tərbiyə olunmasında böyük rol oynadığını qeyd ediblər.Sonda şəhidin ailə üzvləri çıxış edərək Natiqin xatirəsinə bəslənən hörmətə, valideynlərinə olan diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.Tədbir şəhidin məktəb illəri və həyat yolundan bəhs edən video-çarx və şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə başa çatıbXatırladaq ki, Şəhid Tahirli Natiq Namiq oğlu aprel döyüşlərində fəal iştirak edib. Amma may ayının 16-dan 17-nə keçən gecə Goranboyun Tapqaraqoyunlu kəndində ermənilərin atəşkəsi pozması nəticəsində snayperlə vurularaq qəhrəmancasına şəhid olub. Əslən Lerik rayon Almu kəndindən olan Şəhid ailəsi elə Natiqi də Almu kənd qəbristanlığında dəfn edib. sayt-ın əməkdaşı Şəhid əsgərlə bağlı geniş reprotaj hazırlamışdı. Həmin yazını da bu linkdən oxuya bilərsiniz. (http://www.moderator.az/news/156407.html ).Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler