Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehid atası diger oğluna: “Qardaşının qanını almağa “dux”un çatmırsa men gederem!”

27 Haziran 2016

5:52 pm


27/06/2016 [21:50]: xeber –
İlk baxışdan adi bir şəkildi. Amma bəzən elə insanlar var ki, onlarla şəkil çəkdirməklə, həmsöhbət olmaqla   Azərbaycanlı olduğun üçün fəxr edirsən.Şəkildəki Birinci Qarabağ Müharibəsi Qazisi, Cəbrayıl döyüşlərində ağır yaralanan, Şəhid Atası Əşrəf Qəhrəmanovdur.Onun iki oğlu Lələtəpə döyüşlərində iştirak edib, eyni hərbi hissədə Ruhin və Qəhrəman. Ruhin Qəhrəmanov döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Ruhin şəhid olandan sonra Qəhrəmanı hərbi hissənin rəhbərliyi ermənilərlə üzbəüz postlardan aşağı düşürərək rabitə bölüyünə keçiriblər. Bunu eşidən Əşrəf Qəhrəmanov təcili hərbi hissəyə gələrək hamının içində oğluna qışqıraraq “irəli getməlisən” deyib, “get qardaşının qanın al, ala bilmirsənsə, buna “dux”un catmırsa, mən gedərəm” xəbərdarlığını edib…Əslində Qəhrəman qardaşımız öz istəyi ilə yox, nizamnaməyə uyğun olaraq hərbi hissə rəhbərliyinin qərarı ilə aşağı endirilmişdi, bir müddətlik qardaşı şəhid olduğu ücün.Qəhrəman da, Ruhin də döyüşlərdə göstərdikləri şücaətə görə hər ikisi Ali Baş Komandanın əmri ilə “İgidliyə görə” medalı ilə təltif olunublar.Nə qədər ki, Vətənin belə oğulları var, bu millətin kürəyi yerə dəyməyəcək. İnşallah Qarabağın azadlığı çox uzaqda deyil. Tofiq Şahmuradov




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler