Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehid anası oğlunun adının edebileşdirilmesini isteyir – FOTOLAR

15 Ağustos 2016

11:00 am


15/08/2016 [14:58]: xeber –
“Onu sonuncu dəfə hərbi xidmətə getməzdən öncə görmüşəm”1994-cü ilin yanvarın 28-də Fizulinin Qaraxanbəyli-Alxanlı istiqamətlərində gedən döyüşlərdə şəhid olan Məmmədov Maşallah Abbasəli oğlunun anası Məmmədova Elmira oğlunun adının əbədiləşməsini istəyir.Musavat.com-un əməkdaşına danışan şəhid anası, oğlunun oxuduğu məktəb və yaşadıqları küçə olmasa da, başqa bir məktəbə və ya küçəyə oğlunun adının verilməsini istəyir. Beləcə az da olsa təsəlli tapacağını deyən Elmira xanım dövlətdən anlayış gözləyir. “Maşallah könüllü olaraq Qarabağ döyüşlərində iştirak etməyə gedib”Şəhid anasının sözlərinə görə, Maşallah uşaq yaşlarından çox cəsarətli olub: “7 yaşına kimi onu nəzirlə saxlamışam. Oğlum çox cəsarətli idi. Atası ilə ağır qəzaya düşdü. Atasını itirdi, özü isə 3 ay xəstəxanada qaldı. Həkimlər ayağından zədə alan Maşallahın diz qapağını çıxardılar. O gündən etibarən normal yeriyə bilmirdi. Çünki dizinin biri bükülmürdü. Oğlum mənə deyəndə ki, “Əsgər gedəcəyəm”, razı olmadım. Ancaq inad etdi, əl çəkmədi, nə olursa-olsun xidmət edəcəyini deyirdi və dediyini etdi, hərbi xidmətə yola düşdü. Sumqayıtda xidmət edirdi. Qardaşları onu atasının ilinə gətirmək üçün getdilər. Ancaq oradan bildirdilər ki, Maşallah könüllü olaraq Qarabağ döyüşlərində iştirak etməyə gedib. Bilirdim ki, dayanan deyil. Döyüşmək istəyirdi. Qəzadan sonra ayağına görə pis olurdu. Çünki onu döyüşə aparmaya bilərdilər”. “Mənə dedilər ki, oğlunun uğurları az olduğuna görə ona bu ad verilə bilməz”Elmira xanım deyir ki, onu sonuncu dəfə hərbi xidmətə getməzdən öncə görüb: “Əsgərliyə gedəndən sonra lampa işığında iki məktub yazıb. Dekabrın 2-i ölüm xəbəri gəldi. Bu mənim üçün dəhşət idi. Axı onu doyunca görə bilməmişdim. Öz istəyi ilə ölümə getdi, vətən üçün döyüşdü. Oğul itkisi heç vaxt unudulmur. Bu acını yaşayan analar bilər. Maşallah şəhid olduqdan 10 il sonra ona Azərbaycan bayrağı ordenini verdilər. Oğluma Milli Qəhrəman adının verilməsi üçün məktub yazdım. Mənə dedilər ki, oğlunun uğurları az olduğuna görə ona bu ad verilə bilməz.Heç olmasa oğlumun adının hər hansı məktəbə və ya küçəyə verilməsini istəyirəm. Bunun üçün Gəncə şəhəri icra hakimiyyətinə, maarif müdirinə müraciət etmişəm. Maarif müdirinin qəbulunda oldum. O mənə dedi ki, Milli Məclis bununla bağlı qərar verməlidir. Hələ ki, gözləməyimizi məsləhət gördü. Sizin vasitənizlə aidiyyəti orqanlara müraciət edirəm. Bu istəyimi geri çevirməsinlər. Oğlumdan geridə heç kim qalmayıb. Evlənməyə imkanı olmadı. Nəvəm belə yoxdur ki, onun yoxluğunu hiss etməyim”. Döyüş yoldaşları Maşallahın çox yaxşı döyüşçü olduğunu, qəhrəmanca vuruşduğunu deyirlər. Ayağına rəğmən Qarabağa vuruşmağa yollanan Maşallahın geridə buraxdığı sadəcə anası var. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler