Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sefirin keçmiş arvadı hebsxanadan mektub yazdı: “Men terrorçu deyilem”

24 Haziran 2016

5:24 am


24/06/2016 [09:21]: xeber –
Hazırda həbsdə olan yazıçı jurnalist, İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymaninin keçmiş həyat yoldaşı Şəmsiyyə Bəylərqızı saxlanıldığı cəzaçəkmə müəssisəsindən mətbuata məktub yollayıb. Ş.Bəylərqızı qeyd edir ki, həbsxanada ona qarşı ayrı-seçkilik edilir, süni problemlər yaradılır. Məhkum xanım onun ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisinə, ombudsman Elmira Süleymanovaya, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya, hüquq müdafiəçilərinə məktub yollamaq imkanlarının məhdud olduğunu bildirərək, üzləşdiyi haqsızlıqları mətbuat vasitəsilə diqqətə çatdırmaqdan başqa yolu olmadığını qeyd edib.Ş.Bəylərqızı yazır ki, iki ildir hüquqlarının tapdalanmasına dözüb və susub: “Fikirləşirdim ki, düzələr. Amma vəziyyət daha da pisləşir. Mən burada üzləşdiklərimlə bağlı cəzaçəkmə müəssisəsinin rəisi Fariz Abdullayevə də yazılı müraciət etdim. Lakin heç bir reaksiya olmadı. Düzü, heç istəmədim də onun adı mətbuatda hallansın. Çünki burada rəis olduğu müddətdə faizə pul verilməsinin, qanunsuz telefon saxlanılmasının qarşısını alıb, adı mənfi işlərdə keçməyib. Amma mənim özümə münasibət dəyişməz olaraq qalır və bunun səbəbi mənə bəlli deyil. Mən bura gələn gündən üzərimdə olan bütün sənədləri götürüblər və indiyədək geri qaytarmayıblar. Bura gəldiyim ilk gündən haqsızlıqlara məruz qalıram; hamını 1 həftə, məni 2 həftə karantində saxladılar. Zorən heç bir ali təhsili, sanitar belə olmayan nəzarətçi ginekoloji yoxlama keçirdi…”Ş.Bəylərqizi qeyd edir ki, 5 qəzetə abunə olmasına baxmayaraq, illərdir informasiya blokadasında saxlanılır: “Rəis müavini dedi ki, burada heç kimə qəzet verilmir. Amma 2015-ci ilin sonunda Xədicə İsmayıl bura gələndən ona qəzet verdilər. Mən bir daha abunə olduğum qəzetləri istədim, yenə vermədilər. Bir sıra ərzaq növlərini, mürəbbəni burada mənə verməyə qadağan ediblər. Amma bu ərzaqları ”kabinetə işləyən” bir qrup məhkumun almasına icazə verilir. Burada ailəmin, oğlumun şəkillərini əlimdən alıb cırdılar, hansı ki, onlar ömrümün ən gözəl xatirələri idi… Biz burada məhkumuq, cəza çəkirik, amma təhqir oluna bilmərik. Lakin iki zabit bizi burada daim “harınlamış”, “qudurmuş” və digər ifadələrlə təhqir edir. Mənə qeyri-rəsmi şəkildə görüş qadağası var. Azyaşlı oğlumdan və onu himayəyə verdiyim şəxsdən başqa kimsə ilə görüşməyə icazə verilmir, sanki mən terrorçuyam. Amma mənim istədiyim şəxslə görüş hüququm var”. Ş.Bəylərqızı yazır ki, həbsindən 13 gün sonra anası dünyasını dəyişib və azyaşlı övladı  küçələrdə qalıb: “Çünki mənim bu həyatda anamdan başqa kimsəm yox idi… İndi oğlumu hər dəfə mənimlə görüşə gətirəndə saatlarla qapı ağzında qalır, görüş müddətini qısaldırlar. Görüş zamanı isə qapını arxadan bağlayırlar, ürəkləri istəyəndə açırlar. Zorla oğlumu tələm-tələsik alıb aparırlar və öz gözümün önündə qaldırıb yerə çırpırlar. Artıq onun psixikasında ciddi problemlər yaranıb, müalicə altındadır. Bütün bunlar ona görə baş verdi ki, mən etmədiyim cinayətə görə Əfşar Süleymaninin sifarişi əsasında həbsə alındım və haqq səsim eşidilmir. Əfv üçün müraciət də etdim, nəzərə alınmadı. İndi bir Azərbaycan vətəndaşı küçələrdə taleyin ümidinə qalıb”. Ş.Bəylərqızı saxlanıldıqları otağa yay aylarında normal sərinləşdirici qoyulmadığını qeyd edir: “Burada 500-ə yaxın məhkum var, 2 tibb bacısı və bir həkimin ümidinə qalmışıq. Nə terapevt, nə ginekoloq, nə də gecə növbə həkimi var. Gözəllik salonundan isə biz ürəyimiz istəyən və lazım olan zaman deyil, yalnız görüşə gedəndə istifadə edə bilərik. Fendən istifadəyə icazə verilmir. Rəhbərliyin əlaltısı olanlar isə buradan hər gün yararlana bilir. Mən səlahiyyətli şəxslərdən iki məsələni xahiş edirəm: oğlumla mənim təmaslarıma normal şərait yaradılsın, üzləşdiyim haqsızlıqlara son qoyulsun. Mən terrorçu deyiləm”.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler