Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sefir: “Türkiye üzerine düşen her şeyi etmeye hazırdır”

05 Temmuz 2016

6:44 pm


05/07/2016 [22:40]: xeber –
Bizim tək gözləntimiz Dağlıq Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin  toxunulmazlığı çərçivəsində tezliklə sülh yolu ilə həllidir. APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib. “Münaqişənin həlli ilə bağlı keçirilən görüşlər buna xidmət edəcəksə, bunu alqışlayırıq. Azərbaycanın ürəyincə olan, düzgün bildiyi istənilən həllin arxasında, Türkiyə olaraq, sonuna qədər dururuq. Azərbaycanın istəyinə əsasən, Türkiyə üzərinə düşən hər şeyi etməyə hazırdır”. Səfir bu gün təmas xəttində Ermənistan ordusunun atəşkəs rejimini pozması nəticəsində Azərbaycan əsgərinin ölümü ilə bağlı Azərbaycan xalqına və ailəsinə başsağlığı verib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler