Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şefiqe Axundova ile bağlı tükürpedici fakt -“Son nefesinde…”

26 Temmuz 2016

3:36 pm


26/07/2016 [19:33]: xeber –
Bu gün Şərqdə ilk opera yazan qadın bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın xatirə günüdür. Rəfiqə Axundova bacısı ilə bağlı xatirələrini Publika.az-la bölüşüb: “Üstündən üç il ötüb, amma Şəfiqənin yoxluğunu hələ də qəbul edə bilmirəm. Evdə yığışmışıq, şüyüdplov bişirib, bacımın xatirəsini yad edirik. Şəfiqə doğulduğu Şəkiyə bağlı insan idi. Elə ölümündən bir ay əvvəl də onu Şəkiyə aparmışdım. Son nəfəsində mənə baxıb gülümsədi. Arzusuydu ki, onu oğlu Talehin qəbrinin yanında dəfn edək. Sizə bir sirr açım. Ölümündən bir neçə gün əvvəl dedi ki, məni Talehin yanında basdırarsınız. Mən ona dedim ki, ay Şəfiqə bu, mümkünsüzdür, sən Fəxri Xiyabanda dəfn olunacaqsan, sənin yerin oradır. Boynunu büküb, ağladı. Oğlunu həddən artıq çox istəyib. Bilirsiniz ki, mən iki il Talehin ölümünü ondan gizlətmişəm. Bilirdim ki, bunu bilsəydi, ürəyi partlayıb ölərdi. Amma ölümünə iki il qalmış açıb dedim. Özü mənə yalvardı ki. düzünü de, Taleh ölüb? Açıb hər şeyi danışdım. Elə bil onu cərəyan vurdu, bir kəlmə danışmadan donub qaldı”.Bacısı Ş.Axundovanın hələ oxunmamış mahnılarından da söz açdı: “Şəfiqənin sandıqda hələ ifa olunmamış musiqiləri var, mən onları saxlamışam. Bəstəkar Nailə Mirməmmədli bizim ailəyə yaxın olub. İstəyirəm bir dəfə Şəfiqəninin nota köçürülmüş bütün musiqilərini yığışdırıb onun yanına aparım. Məsləhət versin ki, o mahnıları kimə verək. İstəyirəm bacımın mahnıları arxivində yatıb qalmasın. Bacım mahnıları ilə nəfəs alırdı. O mahnılar səslənsə, ruhu da şad olar”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler