Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şefeqlerden rengin alan bayrağım…

08 Kasım 2016

8:04 pm


09/11/2016 [00:02]: xeber –
Bayraq dövlətimizin əsas atributlarından biridir. Bayrağa sayqı hər bir vətəndaşın müqəddəs borcudur. Bu gün vətənimizidə dalğalanan üç rəngli bayraq ilk cümhuriyyət qurucularının bizə ərmağan etdiyi, yadigar qoyduğu, qorunmasına, ürəklərdə yaşanmasına məsul etdiyi istiqlal nişanəmizdir. Biz bayrağımızı sevdiyimiz qədər, onu ilk dəfə dövlət atributuna çevirən, könüllərdə nəqşin vuran, bayrağmızın cahanda parlaması yolunda hər cür məşəqqətlərə sinə gərən qurucu babalarımızı da sevməyə borcluyquq. Məhz “bir dəfə yüksələn bayraq bir daha enməz” şüarını dilə gətirən M. Rəsulzadə və onun silahdaşlarının qaldıdığı bayraqdır ki, bu gün ürəyində istiqlal döyüntüsü olan hər bir kəs onun ilk müəlliflərinin əziz xatirəsini könüllərdə yaşadırlar.Bayrağın dəyəri onun boy ölçüsündə deyil. Könüllərdə ucalmayan, könüllərə tikilməyən, istiqlal məfkurəsini hər evə, hər ürəyə daşımayan bir bayraq protokol xatirinə ucaldılan bayraq olsun gərək. Hər boyasında kökümüzün-soyumuzun, dinimizin-imanımızın, istiqlal uğrunda mücadiləmizin incə çalarları yaşanan bayrağımız o zaman daha əzəmətli, daha vüqarlı görünəcək, daha böyük məna kəsb edəcək ki, biz, bizə üç rəngli bayrağımızı, könüllər oxşayan himnimizi və demokratk cümhuriyyətimizi miras qoyan istiqlal qurucularımızı heç vaxt unutmayaq.Şəfəqlərdən rəngin alan bayrağımParladın sən günəş kimi, ay kimi,Şəfəqlərdən rəngin alan bayrağım!Dalğalanıb, çağlayırsan çay kimi,Göy üzü tək zəngin olan bayrağım!Hürr yaşayan millətimin gözüsən,Könüllərin çiçək açan sözüsən,Bayraq deyil, azadlığın özüsən,Başım üstə dalğalanan bayrağım!İmanımdır, soy nişanım, qanımdır,Üstündəki al qan, mənim qanımdır,İstiqlalım, candan əziz canımdır,Ucalardan, uca olan bayrağım!Müjdə verdin, zülmə qalib elindən,Qurtuldun sən əsarətin selindən,Öpüm sənin gül qoxuyan telindən,İşıq saçan, şölə salan bayrağım!Axdı sinən üstündən qızıl qanlar,Baş qoyub azadlığa, təşnə canlar,Dastanını yazdı şəhid qurbanlar,Canlar verib, canlar alan bayrağım!Zirvəsinə əl yetməyən qalamsan,Ay çöhrəli, mavi gözlü, balamsan,Bir gün gəlsin, Təbrizdə ucalasan,Yaddaşlarda izi qalan bayrağım!Nürəddin İsmayılov


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler