Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sederek” rehberliyi: Yanğından zerer çekmiş sahibkarlara kompensasiya ödenilecek

24 Eylül 2016

8:08 am


24/09/2016 [12:04]: xeber –
Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara kompensasiya ödəniləcək.Bu barədə Sədərək Ticarət Mərkəzinin rəhbərliyindən bildirilib. Məlumatda qeyd olunub ki, hadisə nəticəsində iki mağaza tam, bir mağaza isə qismən yanıb. Qeyd edək ki, sentyabrın 24-də Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində pərdə-tül mağazasında yanğın baş verib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb.Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də söndürülüb. Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. Yanğının başvermə səbəbləri araşdırılır. İlkin məlumata görə, bir sahibkara təqribən 7000 manat ziyan dəyib. Eyni zamanda yanğın zamanı iki nəfər zərər çəkib. Onlar “Təcili tibbi yardım” maşını ilə xəstəxanaya aparılıblar. (Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler