Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Seddamın ermeni hekimi ve baş aşpazını işden çıxartdırdım” – Cezası ağır oldu

24 Eylül 2016

9:36 am


24/09/2016 [13:34]: xeber –
1992-ci ildə, Şuşanın işğalından öncə o zaman deputat olmuş Cümşüd Nuriyev ANS TV-yə maraqlı açıqlama vermişdi. O zaman İraqdan yeni qayıtmış deputat həmin açıqlamasında Səddam Hüseynin Şuşanın və Laçının işğal ediləcəyindən öncədən xəbərdar olduğunu bildirmişdi:“Aprel ayının 28-də Səddam Hüseynin 55 yaşı olurdu. Orada iştirak etmək üçün xüsusi dəvət almışdım. Belə bir adət var idi ki, Səddam Hüseynlə görüşməmişdən qabaq mütləq oğlu Udey ilə görüşmək lazımdır. Səddamın bütün işlərini o yönləndirirdi, çünki böyük oğlu müharibədə həlak olmuşdu. Biz Udeylə görüşdük, o bizə nahar verdi. Bu naharda Tələbani və Bərzani  (biri Kürd Fəhlə Partiyası, digəri də Kürd İşçi Partiyasının sədri) də iştirak edirdi. Söhbət əsnasında bunlar ərəbcə danışırdılar, hərdənbir tərcüməçi mənə onların danışdıqlarından tərcümə edirdi. Amma içəridə mənə ciddi heç bir söz demədi. Artıq səhər də Səddamla görüşəcəkdim. Çölə çıxanda Hüseyn məndən soruşdu ki, sizdə Şuşa, Laçın varmı, dedim ki, var. Yenə soruşdu ki, ora kürd şəhəridir, dedim ki, yox. Mənə dedi ki, artıq sizdən üç nəfərlə danışığa gediblər və bu danışıq əsasında Kürdüstan dövləti yaradılmalıdır. Ona görə də 9 maya qədər Şuşa veriləcək və ondan bir həftə sonra Laçın veriləcək”.C.Nuriyevin həmin tarixi çıxışı bu günlərdə yenidən aktuallaşıb. Mövzunun yenidən aktuallığını nəzərə alıb sayt olaraq sabiq millət vəkilinə Səddam Hüseynlə həmin tarixi görüşü ilə bağlı bir neçə sual ünvanladıq. C.Nuriyev ilk öncə “Səddam Hüseynin özüylə görüşə bildinizmi və Şuşayla Laçının işğal olunacağı ilə bağlı xəbəri hansı mənbədən almışdılar?”  sualımızı cavablandırdı:“Oğluyla görüşəndən sonra Səddam Hüseyn bizi özü qəbul etdi. O vaxt mənə içində öz şəkli olan iki saat hədiyyə etmişdi, birini də xanımım üçün. Görüşümüzdən sonra Səddamın köməkçisindən soruşdum ki, Bərzanigil Şuşanın və Laçının işğal olunacağını hardan bilir? Həmin adam rusdilliydi, sonra uzun müddət İraqın Rusiya Federasiyasında səfir oldu. Onunla danışdıqdan sonra məlum oldu ki, danışıq Şuşayla Laçının getməsindən ibarət olub. Layihəni də Rusiyanın kəşfiyyat orqanları hazırlamışdı. Təcili Bakıya qayıtdım və 5 mayda Milli Məclisdə çıxış elədim. Amma bunu qeyri-ciddi qəbul etdilər. Şuşanın və Laçının verilməsi üçün də burada Şahin Musayevlə razılaşmışdılar. O vaxt müdafiə nazirini o əvəz edirdi və onlarda da dəqiq məlumat var idi ki, bu məsələdə PKK-dan çox ASALA maraqlıdır. Kürdlərə maraqlı idi ki, onların dövləti olsun, amma eyni zamanda onları başa salmışdılar ki, guya 1926-cı ildə Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Gorus rayonlarının əsasında Qızıl Kürdüstan dövləti olub. Düzdür bu qəbul olunmayıb, amma Kürdüstan dövləti haqqında müzakirələr gedib və bunlar da həmin dövləti bərpa edəcəklər. Amma sonra ermənilər, ruslar onları da aldatdılar, o məsələ alınmadı. Şuşanın gedəcəyi mənə məlum idi, hətta mən o vaxt Yaqub Məmmədova dedim ki, İrana getməsin, çünki bu işin içində İran da var idi. Cəlal Təlabani uzun müddət İranda yaşamışdı, Tehran şəhərinin yaxınlığında böyük bir ərazisi var idi. İranda olanda aparıb həmin ərazini də mənə göstərdilər”. Sabiq deputat daha sonra “Səddam Hüseynin ermənilərə münasibəti necəydi?” sualımıza da aydınlıq gətirdi: “Səddam Hüseynin həm baş aşpazı, həm də həkimi erməni idi. Bunu da mənə SSRİ-nin oradakı səfiri olan Rəsul Məlikov demişdi. Çox qeyrətli kişi idi, Allah ona rəhmət eləsin. Mənə demişdi ki, bəs belə bir məsələ var, amma biz bunu qabarda bilmərik, yaxşı olar ki, sən deyəsən. Mən də Səddamla görüşəndə dedim ki, ermənilər tarixən xəyanətkar olub və sən onlara necə etibar etmisən, çünki istədikləri vaxt səni zəhərləyib öldürərlər. Bir gün sonra onları işdən çıxartdılar, amma həmin gün təhlükəsizliyimi təmin etmək üçün gecəylə qaldığım mehmanxananı belə dəyişdirdilər. Ermənilərin həyatıma təhlükə törətməmələri üçün məni məşhur Ər-Rəşid otelində xüsusi mühafizə olunan otağa yerləşdirdilər. Səddamın yanında həmin məsələləri qaldırandan az müddət sonra, 1992-ci ilin avqust ayında SSRİ-nin oradakı ticarət nümayəndəsi Tariyel Həsənovun qızını və SSRİ-nin, səhv etmirəmsə oradakı səfirinin xanımını öldürdülər. O xanımları öldürməklə bizdən Səddamın yanından çıxartdırdığımız ermənilərin intiqamını aldılar. İraqda ermənilərin elə əli-qolu olmasa da bütün hallarda onlar PKK-nın Bekaa vadisində kifayət qədər, Bağdadda qızıl işində də ermənilər var. Məşhur Akopyanın və Gülbekyanın qızıl mağazaları var. Ümumiyyətlə yaxın orta şərqin əksəriyyətində qızıl mağazaları ermənilərlə yəhudilərindir”. Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler