Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Seddamı yaxalayan iraqlının ETİRAFLARI: “Əllerini göye qaldırıb aman istedi”

01 Ekim 2016

10:48 am


01/10/2016 [14:45]: xeber –
2003-cü ilin dekabrında 8 ay müddətində gizləndiyi tuneldən ABŞ əsgərləri tərəfindən təhqiramiz şəkildə çıxarılan Səddam Hüseynin görkəmi yəqin ki, hamının xatirindədir: uzun saqqal, kir içində olan sifət və saçlar və ən əsası dəhşətdən nə etdiyini bilməyən, gah ora, gah da bura baxan qorxu dolu gözlər…Amma həmin an dili heç bir söz tutmayan, əsgərlərin təhqiredici gülüşləri və sözləri qarşısında donub qalan Səddamı ən çox ağrıdan məqam onu axtarışa cəlb edilən və amerikalı generalın rəhbərlik etdiyi 600 nəfərdən ibarət əsgəri qrupun bir bölməsinə iraqlı hərbçinin rəhbərlik etməsi idi. Səddam Hüseyn tutulan zaman bir əli ilə diktatorun yerdə olan boğazından yapışan, gözlərini kameraya zilləyən əsgərin fotosu sonradan bütün dünyada məşhurlaşdı. Səddamı sığınacağından çıxaran qrupun başçısı da həmin əsgər-iraqlı Samir idi. O, Qərb mətbuatına etirafında İraqda yaşayan qohumlarına zərər gəlməməsi üçün soyad və atasının adını çəkmir. Yalnız adını hallandırır. Hazırda Amerika ordusunun hərbiçisidir. Sabiq diktatorun qılıncının qəbzəsinin kəsdiyi vaxtda Səddam rejimindən əziyyət çəkdiyi üçün ABŞ-a mühacir kimi getməyə məcbur olur. Orduya tərcüməçi kimi yazılır. Qısa müddətdə yüksək komandanlığın rəğbətini qazanır və əsas təlimlərə, hücum əməliyyatlarına qatılır. ABŞ-ın İraqa hücumu zamanı da ordunun-daha konkret desək, Səddamı axtarış üçün ayrılan 600 hərbçinin tərkibində olur. Səddam Hüseyn sığındığı tuneldən çıxarılan zaman şok vəziyyətində olan sabiq liderlə Samir arasında maraqlı dialoq yaşanır.sayt xarici mediaya istinadən həmin dialoqdan parçaları təqdim edir:Əvvəlcə əsgərlərin biri nişan verilən ərazidə torpağı azacıq qazandan sonra iki qalın ipin, iplərin də altından lyuk qapağının olduğunu görür. Başqa əsgərlər də işə qarışır. Torpağı bir az da qazıyıb qapağı qaldırırlar. Yalnız bir adamın keçə biləcəyi dəlikdən boylandıqda içəridə his-pasın içində bir adamın olduğunu görürlər. Artıq bu Səddamın özü idi. Əsgərlər həmən tərcüməçi Samiri çağırıb ona deyirlər ki, Səddamla danışsın və onu öldürməyəcəklərini və müqavimət göstərmədən tuneldən çıxmalı olduğunu desin. Samir əsgərlərin dediklərini tərcümə edir. Bu zaman Səddamın səsi eşidilir və o “Atəş etməyin” sözünü bir neçə dəfə təkrarlayır.Samir həmin dəqiqələri belə xatırlayır: “Yorğun və yaşlı görünürdü. Başdan-başa tozun içində idi. Saç-saqqalı uzanmışdı. Uzun müddət çimməməyi üst-başından hiss olunurdu. Tuneldən çıxarılan zaman əsgərlərin hərəsi bir tərəfdən Səddamın üzərinə cumdu. Hərə bir tərəfdən ona yaxınlaşaraq tunelin ağzından çıxardılar”.Elə bu zaman Səddamla Samir arasında dialoq yaranır:Samir: – Ölkəmi məhv etdin! Xalqa dediyin sözlər harada qaldı?! Koalisiya qüvvələrinə qarşı savaşacağını demişdin. Amma etmədin. Sən qorxaq adamsan! Ordun, mühafizəçilərin haradadır?!Səddam:-….Samir:- Sənin uğrunda “ölümə gedirəm” deyənlər indi haradadırlar?! Kimsə sənin uğrunda savaşmadı. Siçan kimi bu dəlikdə gizləndin!Səddam:- Mənim üçün savaşacaq insanlar var! Qəhrəman iraqlılar Amerikaya qarşı mübarizə aparacaq. Mən rəhbərəm, mən Səddam Hüseynəm! Mənimlə bu cür danışa bilməzsən!Samir: (özündən çıxaraq Səddamın saqqalından tutur və üzərinə çımxırır) – İnsanları, şiələri öldürdün. Sən İraqı bütünlüklə məhv etdin.(Bu sözdən sonra Samir Səddamı yumruqla vurur. Səddam isə onun əlini dişləməyə cəhd edir və qışqıraraq cavab verir)Səddam:- Sən vətən xainisən! Sən cəsussan! İraqı mən məhv etmədim! İraqı Amerika məhv etdi! Mən İraqı sevirəm, mən Səddam Hüseynəm!Bu sözlərdən sonra Samir Səddama daha bir yumruq vurur. Bundan sonra ABŞ əsgərləri Səddamı ondan aralaşdırır və helikopterə aparırlar. Helikopterdə Samirlə Səddam arasında yenə də qısa dialoq baş tutur:Samir:- Ulduzları görürsən?Səddam:-Mən ulduzları yox, Allahı görürəm!Samir:- Allah sözünü ağzına necə gətirə bilirsən?! Sən bu qədər insanları, bu boyda ölkəni məhv etdin!Səddam:-Mən Səddam Hüseynəm və yaxşı insanam. İnsanlar Səddamın kim olduğunu yaxşı bilir.Bu sözlərdən sonra helikopter aşağı endi və əsgərlər Səddamı əlləri bağlı şəkildə qərargaha apardılar.Qeyd: sayt-ın təqdim etdiyi şəkildə də Səddamın başı üstündə dayanıb gözünü kameraya zilləyən əsgər elə iraqlı Samirdir…Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler