Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Seddam ve Qeddafinin hakimiyyete geldikleri zamankı -FOTOLARI

08 Ekim 2016

2:08 pm


08/10/2016 [18:07]: xeber –
İki sabiq diktator – Muammər Qəddafi və Səddam Hüseyn haqqında çox danışmışıq. Amma hər dəfə həm oxucularda, həm də araşdırmaçılarda onların həyatlarındakı sirlərin tükənməzliyi fikri yaranıb.sayt sonradan öz xalqı və yad qüvvələr tərəfindən öldürülən, lakin bu gün də bir əfsanə kimi hamının xatirində yaşayan iki şəxsin hakimiyyətə gəldiyi illərdəki fotolarını təqdim edir:Başlayaq, Qəddafidən. 1969-cu ilin Liviyası… 1942-ci ildə anadan olan Qəddafinin həmin vaxt cəmi 27 yaşı var idi. Buna baxmayaraq, o, ölkəsindəki monarxiya quruluşuna qarşı inqilaba baçılıq edir və qalib gəlir. O vaxtdan-1969-cu ilin 1 sentyabrından, ta ki, 2011-ci ilin payızında xalq tərəfindən linç edilənə qədər ölkəsini idarə edir. Bu ərəfələrdə o, çox vəzifələr dəyişir: gah Liviya Ümumi Xalq Konqresinin Baş Katibi, gah ölkənin baş naziri, gah müdafiə naziri və s. olur. Amma bütün bunlar Liviya diktatorluğunun yanında kiçik vəzifə idi. Təqdim edəcəyimiz foto da Qəddafinin hakimiyyətə gəldiyi zaman çəkilib. Ondan sonra çox şeylər dəyişəcəkdi. Dəyişən zaman, quruluşlar, illər və insanlar Qəddafinin üz qırışlarında gizlənəcəkdi.İkinci foto isə, Səddamındır. 1979-cu ildə hakimiyyətə gələn Səddam İraqın iqtisadi dirçəlişi ilə yanaşı ölkəsinin tənəzzülünə də yol açdı. O, İran və Küveyt müharibələri ilə İraqa xeyli iqtisadi zərbələr vurmaqla yanaşı xarici qüvvələrin təpkisi ilə də üzləşdi. Bu təpkilər ondan çox İraq xalqına fəsadlar yaşatdı. Neftlə zəngin ölkə Səddamın səhv addımları səbəbindən ağır duruma düşdü. Küveyti azad etmək üçün başlanan müharibə bu ağır durumu daha da şiddətləndirdi. Hər halda Amerika yenə də öz mənfur üzünü göstərdi. İraq xalqı diktatoru üzündən bu gün də dirçələ bilmir. Foto isə uzaq 1979-cu illərin fotosudur… Onu Səddamın edam edilən zaman çəkilən fotoları ilə müqayisə edək… Məncə, tarix deyilən nəsnə elə bu müqayisənin özüdür…Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler