Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Seddam Hüseyn Füzulinin mezarını buldozerle niye sökdürdü?- MARAQLI

24 Ekim 2016

7:40 am


24/10/2016 [11:36]: xeber –
1556-cı ildə İraqın Kərbəla şəhərində dünyasını dəyişən və İmam Hüseyn məqbərəsinin yaxınlığında dəfn olunan böyük Azərbaycan şairi  Füzulinin məzarının 1984-cü ildə sökülməsi  barədə bir zamanlar dövri mətbuatda çox yazılırdı. Bəzi məqalələrdə isə müəyyən təhriflərə yer verilirdi. Türkiyədəki xəbər portallarının birində filoloq alimlər qrupunun bu mövzuda yazdığı araşdırmada yeni faktlar var. sayt da həmin faktlardan bir neçəsini təqdim edəcək:“1984-cü ilin yaz gecəsində Səddam Hüseynin buldozerləri İmam Hüseyn türbəsi yaxınlığındakı tikililəri uçurdu. Bəhanə isə, guya həmin ərazidə yol qovşağının salınması idi. Söküntüyə məruz qalan tikililərdən biri də Məhəmməd Füzulinin məzarı oldu. Lakin buldozer  məzarın yerləşdiyi türbəni uçurarkən, məzarın  içi artıq boş idi. Çünki Səddam Hüseyn ora buldozerləri yerindəndən bir gün əvvəl məzarı açaraq Füzulinin nəşinin qalıqlarını oradan götürmüşdülər. Şərqin böyük şairinin sümükləri yığılaraq Sultaniyyə məscidinə aparıldı. Sümüklər illərlə məsciddə qaldı. Bir gün yol çəkmək adı ilə həmin məscidin də uçurulması gündəmə gəldi.  Füzulinin nəşinin taleyi bu dəfə də sual altında qaldı”.Araşdırmada qeyd edilir ki, həmin ərəfədə o zaman SSRİ-nin tərkibində olan Azərbaycan İraq hökumətinə nota göndərir. Notada oğuzların Bayat qolundan olan Füzulinin Azərbaycan şairi olması və İraq hökuməti icazə verərsə, böyük şairin nəşinin Azərbaycanda yüksək səviyyədə dəfn edilməsi göstərilirdi. Lakin İraq hökuməti bununla razılaşmadı.  Bu barədə türk müəlliflər yazır:“İraqlılar uzun müddət idi ki, qədrini bilmədikləri şairə yalnız bundan sonra dəyər verməyə başladılar. Onlar  qarşı tərəfə bu cür cavab verdilər: “Bağdadlı Süleyman oğlu Məhəmməd ərəb şairi olmasa da, İraq torpağında yaşayıb. Onun nəinki sümükləri, hətta məzar torpağının bircə qum dənəsi belə buradan çıxa bilməz”.Bu hadisədən bir neçə il keçdi. 1994-cü ildə Azərbaycan artıq müstəqil dövlət idi . Onlar bu dəfə İraq hökuməti ilə birbaşa əlaqə qurdular və yenidən Füzulinin məzarının Azərbaycana köçürülməsini xahiş etdilər. Əvəzində isə, “biz Türkiyədən xahiş edərik, İslamiyyətdən öncəki dövrün məşhur ərəb şairi İmrul Qeysin Ankaradakı məzarının İraqa köçürülməsinə razılıq alarıq”, dedilər. İraq hökuməti bu dəfə də razılaşmadı. Amma Azərbaycanın israrı davam etdi. 1994-cü ilin 17 sentyabrında  Bağdadda “Füzuli” Konqresi toplandı. Azərbaycanın ziyalılarından və füzulişünaslarından ibarət 128 nəfərlik qrup Bağdada yollandı. Onlar istəklərində israrlı idilər. “Məzar işi həll edilməsə, buradan bircə addım da atmarıq” deyib qətiyyət göstərdilər. Üç gün, üç gücə bu müzakirələr davam etdi. Axırda iraq hökuməti Füzulinin nəşinin qalıqlarını möhtərəm bir yerdə dəfn edəcəklərini və yeni türbə salacaqlarına söz verdilər. Həmin yeri də Azərbaycan tərəfi seçdi: Həzrəti Hüseyn türbəsinin yaxınlığındakı məscidin qiblə tərəfə baxan əlyazmalar hücrəsi.Azərbaycan tərəfinin israrı ilə Füzulinin sümükləri orada dəfn edildi, məzarın  üzərində mərmərdən kitabə də qoyuldu. Amma o zaman Türkiyə tərəfi özünün də böyük şairi adlandırdığı Füzuli üçün heç səsini də çıxarmadı. Füzulinin məzarı 1995-ci ildən bu yana həmin yerdədir”. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler