Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sebailli gencler orduya yola düşdü…

18 Temmuz 2016

9:32 am


18/07/2016 [13:31]: xeber –
Bu gün səbailli gənclər orduya yola salınıb. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, yolasalma mərasimində Səbail Rayon rəhbərliyi, ağsaqqallar, rayonun hüqüq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun parkda ucaldılmış büstünün önünə çiçəklər qoyub.Daha sonra çıxış edən İcra Başçısının müavini Eldar Ağayev hərbi xidmətə yollanan çağırışçıları, onların valideynlərini təbrik edib. Bildirib ki, vətənə xidmət etmək həm müqəddəs, şərəfli, həm də çox məsuliyyətli vəzifədir: “Milli Ordumuzun bu ilin aprel ayında qazandığı qələbədən sonra ölkəmizin hər bir vətəndaşında, xüsusilə də gənclərdə böyük rüh yüksəkliyi yaranıb. Aprel qələbəsi ordumuzun gücünü, bacarığını bütün dünyaya nümayiş etdirib”.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Polad İbrahimov qeyd edib ki, ordu hər bir millətin qüruru, dövlətin güvənc yeridir. Ölkənin varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır.Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, II Dünya müharibəsi veteranı Əli Nəsirov, 51 saylı orta məktəbin direktoru Lətafət Səmədova, valideyn Ənvər Abdullayev çağırışçılara orduda xidmət kimi şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb, tövsiyə və məsləhətlərini veriblər.Sonda çağırışçılara və ordudan yenicə tərxis olan gənclərə xatirə hədiyyələri təqdim olunub. Çağırışçılar marş sədaları altında Azərbaycan Resublikasının Dövlət Bayrağını öpərək hərbi hissələrə yollanıblar.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler