Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

SDU-da Mezun Günü qeyd edildi – Fotolar

29 Haziran 2016

2:32 pm


29/06/2016 [18:30]: xeber –
İyunun 29-da Sumqayıt Dövlət Universitetinin I tədris korpusunun qarşısında “Məzun günü” qeyd edildi.Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq məzun tələbələri “Məzun günü” münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.Rektor çıxışında Ümummilli lider, müdrik şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən danışdı. Bildirdi ki, Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Ulu öndərimiz qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident cənab İlham Əliyev hər zaman elm, təhsil sahəsinə diqqət və qayğı göstərir. Azərbaycan bu gün dinamik və hərtərəfli inkişaf edir. Bunun nəticəsidir ki, Azərbaycan təhsili dövlət başçısının müəyyənləşdirdiyi siyasətə uyğun yol ilə irəliləyir. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. İnanırıq ki, həyata keçirilən islahatlar nəticəsində təhsil sahəsində ölkəmiz dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabət apara biləcəkdir. Şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti də hər zaman olduğu kimi, ölkəmizin inkişafına əzmlə xidmət göstərir. Universitetimizin hazırkı inkişafı əvvəlki illərdən xeyli fərqlənir. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının inkişafı, təhsilin və nizam-intizam səviyyəsinin yüksəldilməsi, imtahanlarda şəffaflığın təmin edilməsi, o cümlədən, əməkdaşlarımızın maddi rifah halının yaxşıladırılması istiqamətində uğurlu işlər həyata keçirilir. Təhsil naziri cənab Mikayıl Cabbarovun təhsilə göstərdiyi diqqəti və qayğısı nəticəsində Sumqayıt Dövlət Universiteti bir çox beynəlxalq layihələrə imza ataraq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmış, mükəmməl ali təhsil müəssisə modelini yaratmışdır.Rektor, universitetin 2015-2016-cı tədris ilindəkı nailiyyətlərindən bəhs edərək bildirdi ki, cari tədris ilində universitetdə bakalavr və magistratura pillələri üzrə yüzlərlə gənc öz ali təhsilini başa vurub. Rektor məzunlara ən xoş arzularını çatdırdı.Universitetin Fəlsəfə və hüquq kafedrasının müdiri professor Həsən Sadıqov əziz məzunları təbrik etdi, onlara dövlətimiz üçün layiqli, savadlı vətəndaşlar olmalarını və Azərbaycanın gələcəyi naminə çalışmağı tövsiyə etdi.Məzunlar adından Səma Əsədova ürək sözlərini soyləyərək həm sevinc içində olduğunu, həm də kədər hissi keçirdiyini bildirdi. O, yaradılmış şəraitə görə universitetin rəhbərliyinə minnətdarlığını bildirmiş, harada fəaliyyət göstərəcəyindən asılı olmayaraq, doğma ali təhsil ocağının və üzərində əməyi olan müəllimlərinin adını daim uca tutacağını vurğuladı.Valideynlər adından çıxış edən Tarix və coğrafiya fakültəsinin məzunu Fərid Vaqiflinin əmisi Azadi Süleymanov da öz növbəsində məzunları təbrik etdi, rektor professor Elxan Hüseynova və universitetin kollektivinə dərin təşəkkürünü bildirdi. Fəridin SDU-nun məzunu olması ilə qürur duyduğunu söylədi.Çıxışlardan sonra universitet marşının sədaları altında təhsildə və universitetin ictimai həyatında fərqlənmiş məzunlara Fəxri Fərman və diplomlar təqdim edildi.Tədbir Azərbaycanın incəsənət xadimləri Almaz Orucova və Ayaz Qasımovun ifalarında möhtəşəm konsert proqramı ilə davam etdi.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler