Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Sayemde altına maşın qoyub, marka geyinib …” – Sabina SƏRT DANIŞDI

27 Ağustos 2016

2:40 pm


27/08/2016 [18:37]: xeber –
Gənc müğənni Sabina Selcan ağır günlər keçirib. İfaçı bildirib ki, yeni Türkiyədən qayıdıb və işləri ilə bağlı başı qarışıqdı. Pis günündə dostlarını sınayan ifaçı bildirib ki, təkcə prodüseri onu tək buraxmayıb: “İşlərimə bir az ara vermişdim. O da ki, səhhətimdə olan problemlərdən dolayı idi. Şükür Allaha bu gün yaxşıyam, amma adam pis olanda yaxşıların qədrini bilir. Baxırsan ki, ətrafında kim var, kim yox… Ağır xəstəlikdən sonra bu il Türkiyəyə müalicə üçün getdim. Amma ətrafımda o dostlarımı görə bilmədim. Bi-iki nəfəri çıxmaq şərti ilə … Təəssüf etdim. Zəng vurub, halımı soruşan belə olmadı. Amma mən onlara qarşı belə olmamışam. Dost deməyə adamın dili belə gəlmir. Təkcə prodüserim Sayqa Cahad yanımda oldu, təşəkkür edirəm. Mənim sayəmdə altına maşın qoyub, marka geyinib adam olanların da üzünü orada gördüm. Çox şadam ki, gec də olsa dostumla düşmənimi tanıya bildim. Yerimə keçmək istəyənlərə isə sadəcə onu deyə bilərəm ki, ayaqqabımı geyinə bilərsiniz, amma nə işimdə, nə də ki, şəxsi həyatımda yerişimi “copy-paste” edə bilməzsiniz. Artıq yeni həyat, yeni sevgi və bol enerjili mən …”. (gülür-red) (big.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler